Ordusuz generallar
18.03.2022 [10:36]
Erməni zabitləri niyə istefa verirlər?
Nardar BAYRAMLI
Ermənistan ordusunun bir neçə generalı tutduqları vəzifədən istefa veriblər. Yerli mətbuatın məlumatına görə, generallar müdafiə naziri Suren Papikyana etiraz əlaməti olaraq öz postlarından gediblər. “Fevralın 24-də Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən qəfil azad edilməsi xəbəri yayıldı. Davtyan özü istefa verib. Ondan sonra 3 general da ordudan istefa verib. Məhz bundan sonra onu silah alverinə görə ittiham edilən Davit Tonoyanın işində ittiham etməyə başladılar. Davtyanın yaxınları iddia edib ki, o, Baş Qərargah rəisi vəzifəsindən azad edildikdən sonra ona başqa vəzifə təklif olunub, lakin razılaşmayıb”,-deyə “Hrapark” qəzet yazır.
Onu da qeyd edək ki, bir müddət öncə generallar Andranik Makaryan Müdafiə Nazirliyinin təlim baş idarəsinin rəisi - Baş Qərargah rəisinin müavini, Armen Arutyunyan raket qüvvələrinin və silahli qüvvələrin artilleriya idarəsinin rəisi, Armen Aruşanyan mühəndis qoşunlari idarəsinin rəisi, Artur Poqosyan da mənəvi-psixoloji dəstək şöbəsinin rəisi vəzifəsindən azad ediliblər.
Əslində, Ermənistan ordusunda nə baş verir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, hazırda erməni ordusunda xaos hökm sürür. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın adamları çoxdur: “Demək olar ki, erməni ordusunun rəhbər heyəti daha çox Koçaryanın və Sarkisyanın adamlarından ibarətdir. Bilirsiniz ki, parlament seçkiləri ərəfəsində Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi açıq şəkildə Paşinyana qarşı çıxdı və onu bir sıra generallar da dəstəklədilər. Seçkilər zamanı generalitet daha çox Koçaryanı müdafiə etdi. Amma Paşinyan öz hakimiyyətini qoruya bildi. R.Koçaryan müxalifətdə olaraq revanşist qüvvələrin rəhbəri kimi tanınır. Buna görə də hakimiyyət orduda təmizləmə əməliyyatı aparır. Bundan əlavə, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət də Ermənistan ordusuna ciddi təsir edib. Müharibənin başa çatmasından bir neçə gün sonra orduda generalların vəzifədən azad edilməsinə başlandı, bəziləri də istefa verdi. Paşinyan müharibədəki məğlubiyyətdən istifadə edərək bu uğursuzluğu araşdırmaq üçün parlamentdə komissiya yaratdı. Komissiyanın araşdırmalarının nəticələrinə əsaslanaraq ona qarşı olan generalları ordudan təmizləməyə başladı. Paşinyanın bu addımları Müdafiə Nazirliyinin rəhbər heyətinə özünə sadiq olan generalları gətirmək məqsədi daşıyır”.
Ş.Ramaldanov qeyd edib ki, 44 günlük müharibədən sonra Ermənistan ordusu uzun müddət özünə gələ bilməyəcək: “Biz görürük ki, müharibədən bir ildən çox vaxt keçsə də, bu ölkədə gərginlik səngimir. Sosial-iqtisadi böhranla yanaşı, Ermənistanda siyasi-hərbi böhran da davam edir. Biz işğalçı ölkəyə müharibə dövründə elə bir zərbə vurmuşuq ki, uzun illər özünə gələ bilməyəcək. Onların çıxış yolu beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsi imzalamaqdır. Əks halda, həmişə dəmir yumruğu başlarının üstündə hiss edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

