Bakı-London geosiyasi xəttində fəal təmaslar...
10.03.2022 [10:51]
Münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini təsdiqləyir
N.QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbulu zamanı mühüm məsələlər müzakirə olundu. İkitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticari və enerji sahəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniyanın əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini də xatırlatdı. Vurğulandı ki, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən Prezident İlham Əliyevə məktub ünvanlanıb. Dövlətimizin başçısı da Böyük Britaniyanın Baş nazirinə səmimi məktub göndərib. Bu isə tərəflər arasında fəal siyasi dialoqun mövcudluğunu, Azərbaycan ilə Böyük Britaniyanın əməkdaşlığın inkişafında maraqlı olduqlarını göstərir.
Əlbəttə, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi-ticari əlaqələrin də inkişafına real zəmin yaradır. Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir. Dövlət başçısı bəhs olunan qəbul zamanı iki ölkə arasında iqtisadi, ticarət əlaqələrin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini də xüsusilə vurğuladı.
Ümumiyyətlə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaradan Azərbaycanla bu sahədə fəal işbirliyi Böyük Britaniya üçün mühüm önəm daşıyır. Xüsusilə də, bu, enerji təhlükəsizliyi məsələsində alternativ mənbələrə ehtiyacının olduğu hazırkı şəraitdə vacib çağırış və aktual məsələdir. Azərbaycan Avropa bazarında etibarlı enerji təchizatçısıdır və indiyə qədər prosesdə hər hansı fasilə olmayıb. Bu, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Bunlarla yanaşı, Azərbaycan alternativ enerji mənbələrindən istifadəyə də böyük diqqət yetirir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin potensialından istifadə olunması, eləcə də bu istiqamətdə Böyük Britaniya ilə səmərəli işbirliyinin formalaşdırılması aktualdır. Təbii ki, yeni infrastrukturun yaradıldığı həmin ərazilərdə sərmayələrin qoyulması da əhəmiyyətli məsələlərdən biridir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan qəbul zamanı Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd etdi. İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verdi. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirdi.
Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələrin müzakirə olunması da diqqəti xüsusilə cəlb edir. Bu, ilk növbədə, təhlükəsizlik məsələsində Cənubi Qafqazın lider dövlətinin Liderinin - Azərbaycan Prezidentinin mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir. Bütövlükdə, bu məsələlərlə əlaqədar Bakı ilə təmaslar intensiv xarakter daşıyır və Avropanın təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Bu isə ölkəmizin dialoq məkanı və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Ümumiyyətlə, reallıqlar göstərir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici qüvvə kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb və etibarlı tərəfdaş kimi tanınır. Güc mərkəzləri, eləcə də ayrı-ayrı ölkələr, o cümlədən Böyük Britaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir, eyni zamanda, ölkəmizlə müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələr və tərəfdaşlıq yüksək qiymətləndirilir. Xüsusilə nəzərə alınır ki, 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan Cənubi Qafqazda yeni və unikal əməkdaşlıq imkanları formalaşdırıb. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycanla münasibətlərə verdiyi önəm və əməkdaşlığı inkişaf etdirmək istəyi gələcəkdə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən qarşılıqlı-faydalı əlaqələrin yüksələn xətt üzrə inkişafına real zəmin yaradır.
Bütövlükdə, Bakı-London geosiyasi xəttində fəal təmaslar münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini təsdiqləyir. Bu isə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik baxımından da önəmlidir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

