Türkiyə xəbərdarlıq etdi
02.03.2022 [10:41]
Montrö müddəaları tətbiq ediləcək
Taleh AĞAVERDİYEV
Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını müharibə kimi tanıyır və Montrö Konvensiyasına uyğun olaraq, hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək. Onun sözlərinə görə, Ankara bununla bağlı bütün sahilyanı və digər ölkələrə xəbərdarlıq edib.
Bəs Türkiyəyə hərbi gəmilərin keçməsi üçün boğazları bağlamaq hüququ verən bu Konvensiya nədir?
Montrö Konvensiyası uzun müddət qarşılıqlı məhdudiyyəti təmin edən ən effektiv beynəlxalq hüquqi sənədlərdən biri hesab olunur. Bu sənəd 1936-cı il 22 iyun-21 iyul tarixlərində Montrödə (İsveçrə) keçirilən Qara dəniz boğazlarının rejiminə dair konfransda qəbul edilmişdir. O, beynəlxalq dəniz gəmiçiliyi üçün istifadə edilən boğazlarda naviqasiya prinsiplərini ehtiva edir. Konvensiya bir tərəfdən Türkiyənin boğazlar üzərində tam suverenliyini bərpa etdi, digər tərəfdən isə Qara dəniz hövzəsi və digər ölkələrin ticarət gəmilərinə heç bir rəsmiyyət olmadan (sülh dövründə) boğazlardan tam keçid azadlığı verdi.
Hərbi gəmilərlə bağlı qaydalar bir qədər daha mürəkkəbdir. Sülh dövründə Türkiyə Qara dəniz ölkələrinin hərbi gəmilərinin boğazdan keçməsi barədə diplomatik kanallarla səkkiz gün əvvəlcədən bildiriş almalıdır. Bundan sonra boğazdan bir-bir, lakin gün ərzində doqquzdan artıq olmayaraq, hərbi gəmilər keçə bilər. Ölçü və tutum ilə bağlı məhdudiyyətləri də var. Qara dəniz dövlətlərinə aid olmayan hərbi gəmilər orada 21 gündən artıq qala bilməz, və onlar üçün də ölçü və tutum ilə bağlı məhdudiyyətlər mövcuddur.
Türkiyə müharibə vəziyyətindədirsə, Konvensiyanın 20-ci maddəsinə əsasən, “döyüş gəmilərinin keçidi yalnız Türkiyə hökumətinin mülahizəsindən asılı olacaq”. O, həm müharibə apardığı ölkənin gəmiləri, həm də istənilən döyüş gəmiləri üçün boğazları bağlaya bilər. Eyni zamanda Türkiyənin yalnız təhlükədə olduğundan şübhələndiyi halda da bunu etmək hüququ var. 21-ci maddədə deyilir: “Türkiyə özünü qaçılmaz hərbi təhlükə altında hesab edərsə, bu Konvensiyanın 20-ci maddəsinin müddəalarını tətbiq etmək hüququna malik olacaqdır”. Qeyd olunur ki, Türkiyə bu fürsətdən istifadə etməmişdən əvvəl boğazlardan keçən döyüş gəmiləri əsas lövbər tutduqları limanlara qayıda bilər.
Konvensiyaya görə, Türkiyə müharibə vəziyyətində olmasa belə boğazları bağlamaq üçün hüquqi imkana malikdir. Belə ki, Konvensiyanın 19-cu maddəsinə əsasən, müharibə zamanı Türkiyə döyüşən ölkə olmadığı halda, müəyyən hallar istisna olmaqla, hər hansı döyüşən dövlətin hərbi gəmilərinin boğazlardan keçmək hüququ olmayacaq. Eyni zamanda qeyd olunur ki, müharibə edən dövlətlərin hərbi gəmiləri əsas lövbər tutduqları limanlara qayıda bilər.
Beləliklə, Türkiyənin bu qərarı beynəlxalq hüquqa tam uyğundur.
Montrö Konvensiyası böyük dövlətlərin iddialı düşüncələrini cilovlamağa imkan verən siyasi döyüşlərin iştirakçıları arasında bir növ kompromisdir. Qeyd edək ki, boğazların bağlanması məsələsi artıq 2014-cü ildə, Ukrayna hadisələrinin əvvəlində qaldırılmışdı, lakin sonra Türkiyə belə bir qərardan çəkinmişdi. Həmin il Amerika freqatı Qara dəniz hövzəsinə daxil oldu və qalma limitini 11 gün aşdı. Bundan sonra Rusiya Federasiyası hökuməti dərhal Montrö Konvensiyasının müddəalarına əməl etməyə çağırdı.
Rusiya 2008-ci ildə də Rusiya-Gürcüstan müharibəsinin qızğın vaxtında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus və icazə verilən tonajı keçən gəmi Qara dənizin sularına daxil olduqda Konvensiyaya müraciət edib. 2015-ci ildə də Rusiya bombardmançısı ilə insidentdən sonra Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi zamanı Ankaranın Bosfor boğazını bağlaya biləcəyi ehtimal edilirdi.
Qeyd edək ki, 1945-ci ildə Potsdam konfransında SSRİ Dardanel boğazında dəniz bazası və boğazlardan keçid üçün əlverişli rejim tələb edərək, Montrö konvensiyasına yenidən baxmağa çalışıb. Eyni zamanda SSRİ Türkiyəyə qarşı ərazi iddialar? da irəli sürdü. SSRİ 1953-cü il mayın 30-da Stalinin ölümündən sonra bu tələblərdən imtina etdi. Lakin nəticədə sovet demarşları Türkiyəni yalnız ABŞ-a yaxınlaşdırdı və sonradan Türkiyənin 1952-ci ildə NATO-ya daxil olmasına səbəb oldu.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

