Ukrayna Avropa İttifaqına üzv qəbul ediləcəkmi?
01.03.2022 [10:25]
Nardar BAYRAMLI
Beynəlxalq ictimaiyyət hazırda Ukraynaya güclü dəstək verir. Artıq Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi də gündəmə gəlib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Ukrayna Avropa İttifaqına daxil olmalıdır. “Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa İttifaqında görmək istəyirik”, - deyə Avropa Komissiyasının sədri qeyd edib.
İndiki şəraitdə Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsi nə qədər realdır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, Ukrayna uzun illərdir Avropa İttifaqına üzv olmağa çalışır. Onun sözlərinə görə, bu ölkə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının fəal üzvü olsa da, təşkilat onu tamhüquqlu üzvlüyə qəbul etməyə tələsməyib: “Çünki Avropa İttifaqının müəyyən prinsipləri və kriteriyaları var. 2014-cü ildə Ukraynanın Avropa İttifaqına assosiativ üzv qəbul edilməsi barədə saziş imzalanıb. Amma təşkilata tamhüquqli üzv kimi qoşulmaq istəyirsə, ölkə müəyyən olunmuş kriteriyalara tam cavab verməlidir. 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə təməli qoyulan Avropa İttifaqı zaman-zaman genişlənib. Buna əsas səbəb isə ölkələrin bu təşkilatın tələblərinə cavab verməsidir. Hazırda Avropa İttifaqı özündə 27 dövləti birləşdirir. Bir neçə dövlət üzvlük barədə müraciət etsə də, hələ təşkilata qəbul olunmayıb. Bu dövlətlərdən biri də Ukraynadır. Hazırkı münaqişəyə qədər Ukrayna ilə Aİ arasında bu istiqamətdə müzakirələr davam edib. Mən bununla bağlı bir nümunəni xatırlatmaq istəyirəm. Aİ rəsmisi Jozef Borrelin bir müddət əvvəl təmsil etdiyi təşkilat adından yaydığı açıqlamada qeyd olunurdu ki, Avropa İttifaqı Ukraynanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləyir, rəsmi Kiyevlə siyasi və iqtisadi əlaqələri gücləndirəcək. İndiki mürəkkəb bir dövrdə Ukrayna rəsmiləri tərəfindən ölkənin Avropa İttifaqına üzv qəbul edilməsi ilə bağlı çağırışlar tez-tez səslənir. Prezident Zelenski də bu günlərdə Aİ Şurasının prezident Şarl Mişellə telefon danışığında bu məsələni qaldırıb. O, xalqa müraciətində də ölkəsinin xüsusi prosedur qaydasında Avropa İttifaqına üzv qəbul olunmasını xahiş edib”.
Millət vəkili qeyd edib ki, bu gün Avropa İttifaqı Ukraynaya güclü dəstək verir. Bu dəstək həm siyasi, həm iqtisadi sahələri əhatə edir. Nəzərə alaq ki, NATO-nun üzvü olan ölkələrin əksəriyyəti Aİ-də təmsil olunurlar. Bu da Aİ ölkələrinin Ukraynaya hərbi dəstək göstərməsi deməkdir. Amma Avropa İttifaqının rəsmiləri Ukraynanın üzvlüyə konkret olaraq nə vaxt qəbul ediləcəyinı açıqlamır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də məlum açıqlamasında “Ukrayna Avropa İttifaqına daxil olmalıdır” deyib və bunun zamanla baş tutacağını söyləyib. Hesab edirəm ki, bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Ən azı həmin regionda münaqişə dayandıqdan, sabitlik bərpa olunduqdan sonra bu barədə fikir yürütmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

