Əhalinin çörək və un məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür
17.09.2010 [09:34]
Ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən strateji plana uyğun olaraq, ölkəmizdə illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər həyata keçirilməkdədir. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına və qiymət artımlarının baş verməsinə baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayevin bildirdiyinə görə, bu il istehsal olunan yerli buğda ehtiyatlarının həcmi 1 milyon 307 min tondan artıqdır ki, bu da tələbatın 70 faizindən çoxunu ödəməyə imkan verir. Bununla yanaşı, ötən ildən tədarük olunmuş və xarici ölkələrdən gətirilmiş ehtiyat məhsul mövcuddur. R.Mustafayevin qeyd etdiyinə görə, bunun nəticəsidir ki, hazırda respublikamızın çörəkbişirmə müəssisələrinin və taxıl anbarlarının kifayət qədər taxıl ehtiyatı mövcuddur. Yerli fermerlərdən alınan taxılla yanaşı, Qazaxıstandan gətirilən un hesabına böyük ehtiyat yaradılıb. Hazırda Qazaxıstandan əlavə olaraq taxıl gətirilməkdədir, bu isə respublikamızın illik una olan ehtiyacının tamamilə ödənilməsinə imkan verəcək. Beləliklə, respublikamızı un məhsulları ilə etibarlı şəkildə təmin etmək üçün indidən böyük ehtiyatlar yaradılıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu idarəsinin rəhbəri Zülfüqar Məmmədovun bildirdiyinə görə, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızın taxıl məhsulları ilə təmin olunması üçün güclü resurslar mövcuddur. Hökumət ölkəmizin taxıla olan tələbatını təmin etmək və illik ehtiyatlar yaratmaq üçün Dövlət Taxıl Fondunu yaradıb. Fondun fəaliyyət göstərdiyi ilk gündən etibarən yüksək keyfiyyətli taxıl məhsulları toplanaraq tədarük olunub. Taxıl Fondu ehtiyat resurslar toplayarkən daha çox yerli istehsalçıların təqdim etdiyi taxılın alınmasına üstünlük verir. Eyni zamanda, fond yerli istehsalçıların mənafeyini düşünərək onların əldə etdiyi məhsulu almaq üçün tədarükün müddətini hər il uzadır. ötən il olduğu kimi, bu il də ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarük müddəti artırılıb. Bu il də müddət sentyabrın 30-dək uzadılıb. Həmin müddət ərzində fermerlər öz məhsullarını yüksək qiymətə fonda satmaq imkanı əldə edəcəklər.
Bununla yanaşı, ölkədə böyük həcmdə taxıl ehtiyatı yaratmaq və respublikamızın uzunmüddətli təminatını həll etmək üçün xarici dövlətlərdən də taxıl alınır. Fond “Taxıl haqqında” Qanuna müvafiq olaraq ötən il xarici dövlətlərdən 115 min ton taxıl alaraq ölkəyə gətirib. Həmin məhsulun 15 min tonu Naxçıvan Muxtar Respublikasına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrindəki anbarlara tədarük olunaraq əhalinin təminatına yönəldilib. Z.Məmmədov bildirib ki, hazırda Qazaxıstan Ticarət Palatası ilə əldə olunmuş razılığa əsasən, bu ölkədən respublikamıza taxıl idxalı həyata keçirilməkdədir. Qazaxıstandan gətirilmiş taxıl hesabına fondda böyük həcmdə məhsul ehtiyatı yaranıb. Z.Məmmədov ölkəmizin un və çörəklə təmin olunması üçün güclü bazanın mövcudluğunu və qiymətlərin artımına heç bir iqtisadi əsasın olmadığını qeyd edib.
Onu da xatırladaq ki, fondda məhsulun uzun müddət saxlanılması üçün ən müasir texniki vasitələr quraşdırılıb. Elevatorların köməyi ilə burada bir neçə illik taxıl ehtiyatı saxlamaq da mümkündür. Hazırda paytaxtda tutumu 100 min ton, Gəncə şəhəri ətrafında isə tutumu 60 min ton olan elevatorların tikintisi də həyata keçirilir. Yaxın müddətdə istifadəyə veriləcək bu anbarların vasitəsilə ölkəmizdə 100 minlərlə ton taxıl tədarük etmək mümkün olacaq.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, unun və çörəyin qiymətinin süni şəkildə artırılması hallarına qarşı ciddi tədbirlər görülməkdədir. İndiyədək aparılan monitorinqlər zamanı bu cür hallara rast gəlinməyib. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində unun və çörəyin qiyməti ilə bağlı aparılan monitorinqlər nəticəsində məlum olub ki, əhalinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmayıb. Əgər belə hallara təsadüf olunarsa, buna qarşı müvafiq tədbirlər görüləcək. Eyni zamanda, aparılan təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olduğundan çörəyin bahalaşmasına heç bir əsas yoxdur.
ümumiyyətlə, respublikamızda daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün lazım olan addımlar atılmaqdadır. Hökumət taxılın və çörəyin qiymətinin sabit qalması üçün bütün zəruri tədbirləri həyata keçirəcək. ölkəmizdə əhalinin zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15

