/ / Hökumət məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər görür
Hökumət məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı tədbirlər görür
15.09.2010 [09:08]
Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli və sosial imkanlarının yaxşılaşdırılması üçün hər il davamlı tədbirlər həyata keçirir. Respublikamızın büdcə gəlirləri ilə yanaşı, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına və onların hərtərəfli şəkildə sosial qayğılarla təmin edilməsinə nail olmaqdan ibarətdir.
Dövlət başçısı hər zaman məcburi köçkünlərin həyat şəraiti ilə yaxından maraqlanaraq ölkəmizin artan iqtisadi imkanları hesabına əldə olunmuş gəlirləri, ilk növbədə bu insanların rifah halının yaxşılaşmasına yönəldir. Prezident İlham Əliyev 2003-cü ildə ölkəmizdə bir dənə də çadır şəhərciyinin qalmayacağını vəd etmişdi və bu vədə vaxtından əvvəl əməl etməklə qaçqın və məcburi köçkünlərə olan hədsiz diqqətini təsdiq etmiş oldu. Son illər ərzində bütün çadır şəhərciklərinin ləğv olunması və qaçqınların yeni mənzillərlə təmin edilməsi ilə yanaşı, onların məşğulluğunun artırılmasına dair mühüm layihələr həyata keçirilməkdədir. Bu layihələrlə bərabər, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılmasına dair tədbirlər planı nəzərdə tutulub.
Hökumət qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirləri son 6 ildə daha da gücləndirilib və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilməkdədir. Hazırda qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Məsələn, “Qaçqınlar və məcburi köçkünləri yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Bunun üçün Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Xatırladaq ki, indiyədək “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 63 yeni qəsəbə salınıb, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülüb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib onların istifadəsinə verilib. Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənib. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin davam etdirilməsi üçün 500 milyon manatdan çox vəsaitlərin sərf olunması planlaşdırılır.
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bərabər, onların hər cür infrastrukturla təmin edilməsi hökumətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz təzahürü kimi qiymətləndirilə bilər. Dövlətimizin maliyyə imkanları gücləndikcə, büdcə gəlirləri və eyni zamanda, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə yönəldilir.
Son 6 ildə qaçqınların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. 2004-2008-ci illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Proqram çərçivəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub və ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsi 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas istiqamətlərindən biridir. Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub. Qaçqınların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi, sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı layihələr həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

