Respublikamız dünyanın ən xeyirxah ölkələri arasında öncül sıradadır
15.09.2010 [09:09]
Xəbər verildiyi kimi, Beynəlxalq Xeyriyyə Yardım Fondunun “Əliaçıqlıq” indeksinə dair hesabatında Azərbaycan MDB məkanında ən xeyirxah və səxavətli ölkə sayılıb. Fond xeyirxahlığın dərəcəsini təkcə pul yardımı ilə deyil, bu məqsədə sərf edilən vaxt və kimsəsiz insanların himayə olunması amilləri ilə də müəyyənləşdirib. Dünyanın 153 ölkəsi arasında aparılmış sorğunun yekunlarına görə, dünya əhalisinin ümumən 20 faizi könüllü humanitar yardım, 30 faizi maliyyə yardımı göstərib, 45 faizi isə yoxsul insanlara arxa dayaq olub. Siyahıda 67-ci yeri tutan Azərbaycan pulla yardıma görə, keçmiş sovet respublikaları arasında liderdir. Azərbaycanda yardımın 22 faizi pulla, 23 faizi yaxşılığa sərf olunan vaxtla edilib. Xeyirxahlığın yoxsullara əltutulması forması 48 faiz təşkil edir. Hesabatda Heydər Əliyev Fondunun Azərbaycan əhalisinin maddi rifahının və tərəqqisinin yüksəlməsinə hesablanan yüzlərlə layihəsi vurğulanır. ümumiyyətlə, Azərbaycan Şərqi Avropa ölkələri arasında Kipr və Sloveniyadan sonra üçüncü yerdə olub. Respublikamız Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Baltikyanı ölkələri qabaqlayır. Hesabatda Ermənistanın adı ayrıca çəkilir və bildirilir ki, bu ölkə əhalisinin yalnız 6 faizi pul yardımı göstərə bilir. Bu isə ən aşağı göstəricilərdən biridir.
Həqiqətən də, bu gün Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun dəstəyi ilə insanlara yardımı, köməyi özündə əks etdirən humanist, xeyirxahlıq layihələri həyata keçirilir. 2004-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsini qlobal aspektdə yalnız bir ideya və amal təşkil edir: insanlara təmənnasız qayğı, cəmiyyətə xidmət!
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli vətənpərvər fəaliyyəti məhz insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Yarandığı vaxtdan etibarən millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondu vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet kimi qəbul edib. Fond bununla yanaşı, xalqımızın mədəni irsinin qorunması istiqamətində də əsaslı xidmətləri ilə tarixə adını qızıl hərflərlə yazdırıb. Xalqımızın mədəni irsini qorumaqla, onu gələcək nəslə ötürülməsində önəmli rol oynamaqla ən böyük xeyirxahlığı nümayiş etdirən Fondun bu istiqamətdə görüdüyü işlər qiymətsizdir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hər zaman Azərbaycan xalqının milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazım olduğunu vurğulayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış digər bir qurumun - Azərbaycan Mədəniyyətinin Dostları Fondunun da bu mənada gördüyü işlər xüsusi olaraq vurğulanmalıdır. Ermənistan tərəfindən işğal olunan ərazilərimizdə təcavüzə məruz qalmış mədəni abidələrimizin qorunması, onların ölkəmizə qaytarılması istiqamətində aparılan tədbirlər xüsusi olaraq qeyd edilməlidir.
Heydər Əliyev Fondu hər zaman ölkəmizdə təhsilin inkişafına xüsusi olaraq diqqət göstərir. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda aparılan işlər Fondun prezidenti Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilib.
Heydər Əliyev Fondunun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fondun Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırladığı proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir. Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində görülən tədbirlər böyük əhəmiyyət kəsb edir. ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasına da öz töhfəsini verir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir. Göründüyü kimi, Mehriban xanım Əliyevanın bu sahədəki xeyriyyəçilik amalları təkcə Azərbaycanda deyil, dünya ictimaiyyəti tərəfindən də layiqincə qiymətləndirilir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

