Ermənistan terrorizmi necə maliyyələşdirir?
19.02.2022 [00:04]
Taleh AĞAVERDİYEV
Azərbaycan Xarici İşlər Nazirliyi “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat hazırlayıb. Həmin hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.
Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir. Qeyd olunan fakt Ermənistan baş nazirinin 21 aprel 2021-ci il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapıb. Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir.
Dünyanın müxtəlif ölkələrindən olan erməni diasporunun, istər Ermənistanın özünün, istərsə də Qarabağdakı marionet rejiminin himayə etməsi, terrorizm və nifrətin qızışdırılmasının maliyyələşdirilməsi məsələsi yeni deyil. Erməni diasporu uzun illərdir ki, “ermənilərin ehtiyacları, Ermənistanın ehtiyacları üçün” pul toplamaq üçün irimiqyaslı marafonlar keçirir və xeyli miqdarda vəsait toplayır. Erməni fondlarının fəaliyyətində şəffaflıq, müstəqil maliyyə monitorinqi, müəyyən məbləğlərin nəyə xərcləndiyinə dair heç bir işarə yoxdur. Bu, fırıldaqçılıq, talan, terrorizmin maliyyələşdirilməsi, muzdlular, silah alışı və s. üçün ən geniş sahə yaradır.
Hesabatda göstərilən “Hayastan All Armenian Fund” - Ümumerməni Fondu, 1994-cü ildə Los-Ancelesdə (ABŞ) təsis edilib və dünyanın 16 ölkəsində nümayəndəliyi var. Həmin fond bu məsələdə əsas rol oynayır. Fond rəsmi olaraq Xankəndindəki separatçı erməni rejiminə yardım etmək üzrə ixtisaslaşır. 2020-ci ildə Fond “müharibə ilə əlaqədar Dağlıq Qarabağın humanitar ehtiyacları” üçün fəal şəkildə vəsait ayırırdı. Bunların necə “humanitar ehtiyaclar” olduğunu Livandan, Suriyadan olan çoxsaylı erməni muzdluları, PKK terrorçuları barədə ortaya çıxan məlumatlardan təxmin etmək olar. Həmçinin, bu vəsaitlər silah almaq və ya siyasətçilərə - dünyada ermənilərin havadarlarına rüşvət vermək üçün istifadə oluna bilərdi.
1997-ci ildən bəri pullar ənənəvi olaraq telemarafonlar vasitəsilə yığılır. Amma ermənilər hər vasitə ilə pul yığımının miqyasını genişləndirməyə, buna mümkün qədər çox adam cəlb etməyə çalışırlar. Bunun üçün onlar sosial şəbəkələrdən fəal şəkildə istifadə edərək müxtəlif (o cümlədən qapalı) qruplar yaradaraq, psevdovətənpərvərlik şüarları adı altında pul yığırlar. Təqdim olunan hesabata nəzər salanda, görürük ki, bu cür təbliğat öz bəhrəsini verir.
Araşdırma:
Ermənilərin kriminal və terror məqsədləri üçün vəsait toplamaq (o cümlədən qəsb yolu ilə) kimi qədim tarixi ənənələri var. Vaxtilə “Daşnaksütyun” partiyası belə işlərlə fəal məşğul olurdu. Belə ki, 1903-cü il dekabrın 15-də Moskvada bankir Camgarov öldürüldü. Qatil Matevos Minasyants öz yoldaşları ilə birlikdə erməni inqilab komitəsinin tapşırığı ilə Camgarovu Şuşada oğurlamış və silahla hədələyərək ondan partiyanın kassasına 30 000 rubl pul köçürmək vədi ilə qəbz almışlar. Camgarov vədinə əməl etməyib, ona görə onun üçün ölüm hökmü çıxarılıb. 1907-ci il iyulun 22-də xalça taciri Tavşancyan Nyu-Yorkda güllələnib. Cinayət yerində saxlanılan onun qatili Bedros Ambartsumyan deyib ki, o, Tavşancyanı öldürməklə ölkəsini xilas edib, çünki öldürülmüş şəxs onun azad edilməsi üçün pul vermək istəməyib. Məlum olub ki, şəhərdəki bir çox varlı ermənilər, ermənilərin yaşadıqları bölgələrdə türk hakimiyyətini devirmək üzrə iş üçün hər biri 10 min dollar verməsələr, ölümlə hədələniblər. Qətldən bir saat sonra bu şəxslər pul verməsələr, onları Tavşancyanın aqibəti gözlədiyi barədə yeni xəbərdarlıqlar alıblar.
Daşnak partiyası müxtəlif mənbələrdən partiyanın aldığı pullarla CSAQ terror təşkilatını da maliyyələşdirirdi. Daşnak pul yığanları prioritet məqsədlər üçün böyük məbləğdə pul toplamaq qabiliyyətinə görə az qala əfsanəvi hesab olunurlar. ASALA-dan fərqli olaraq, CSAQ il? növbədə, millətçi olmaqla, demək olar ki, yalnız erməni icmalarının dəstəyinə arxalanırdı.
Erməni terror təşkilatı ASALA da erməni icmasından vəsait alıb. Təşkilatın yaradıcısı Akop Akopyan açıq şəkildə bəyan edirdi: “Bizim gücümüz erməni xalqındadır, biz buradan dəstək alırıq. Həm də quldurluqdan. Terrorçu Monte Melkonyanın yazdığı kimi, “Van” əməliyyatından sonra Akopyan “pul toplamaq üçün Fransaya getdi... Hökm sürən ab-hava sayəsində pul yığmaq çətin olmadı və xeyli vəsait toplandı”.
Beləliklə, çoxsaylı erməni fondları tərəfindən toplanan pulların ənənəvi məqsədlər üçün - terrorizm və silahların alınması üçün istifadə edildiyini düşünmək üçün əsaslar kifayət qədərdir. Tarixi faktlar əsasında apardığımız araşdırmamızda göstərilən misalları nəzərə alaraq, beynəlxalq təşkilatlar və üçüncü dövlətlər nəzərə almalıdırlar ki, Ermənistana verilən vəsaitlər təcavüzün və terrorizmin maliyyələşdirilməsinə sərf olunur.
Bu arada, BMT Baş Assambleyasının 9 dekabr 1999-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya və bu halların qarşısının alınmasına yönəlmiş, onun bütün təzahürlərini pisləyən digər beynəlxalq hüquqi sənədlər mövcuddur. Xüsusilə, yuxarıda adı çəkilən konvensiyada aydın şəkildə göstərilir ki, “Assambleya bütün dövlətləri müvafiq daxili tədbirlər görmək vasitəsi ilə terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, terror məqsədləri üçün nəzərdə tutulduğu şübhə doğuran vəsaitlərin hərəkətlərinə mane olmaq və onun qarşısını almaqdan ötrü tənzimləmə tədbirləri görülməsi məsələsini, bu zaman qanuni kapitalın hərəkət azadlığını qətiyyən pozmadan və belə vəsaitlərin beynəlxalq hərəkəti barədə informasiya mübadiləsini fəallaşdırmaqla nəzərdən keçirməyə çağırmışdır”.
Beləliklə, terrorizmin gizli maliyyələşdirilməsi, silah alışı və s. ilə mübarizə aparmaq BMT-nin üzvü olan bütün ölkələrin vəzifəsidir. Dünyanın müxtəlif ölkələrinin müvafiq strukturlarının xüsusi diqqət tələb edən maliyyə nəzarəti beynəlxalq terrorizmə, Qarabağdakı separatçılara və düşmənçiliyin qızışdırılmasına müxtəlif erməni fondları tərəfindən maliyyələşdirməsinin qarşısını ala bilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

