Taliban Tacikistan və Özbəkistanı hədəf seçib?
17.02.2022 [10:45]
Taleh AĞAVERDİEV
Əfqanıstanda Talibanın hakimiyyətə qayıdışından sonra narahatedici xəbərlər gəlməkdə davam edir. Ölkədəki qeyri-sabit vəziyyət bir sıra dövlətlərin də təhlükəsizliyini təhdid edir. Bu günlərdə taliblərin silahlı qüvvələrinin baş qərargah rəisi Kari Fəsihuddin bildirib ki, Taliban hərəkatı NATO və ABŞ sisteminin ən müasir texnikası ilə silahlanmış 10 minlik ordunu Tacikistan və Özbəkistanla həmsərhəd olan vilayətlərə göndərir. Bunlar Bəlx, Qunduz, Təxar və Bədəxşandır. O əlavə edib ki, ən qısa müddətdə döyüş təyyarələri hazır olacaq.
Əfqanıstan əhalisinin etnik tərkibi həm bu ölkədə uzun sürən müharibədə, həm də yerli siyasətdə mühüm amildir. Puştunlar dominant etnos olsalar da, taciklər və özbəklər birlikdə ölkə əhalisinin təxminən üçdəbirini təşkil edir. Taliban hərəkatının Əfqanıstanın bütün xalqlarının nümayəndələrinin daxil olduğu inklüziv hökumət yaratmaq vədləri hələ də söz olaraq qalır. Üstəlik, Taliban əleyhdarları bildirirlər ki, taliblər hakimiyyətlərinin təsdiqinə son ana qədər müqavimət göstərən ərazilərdə etnik təmizləmə aparırlar.
Etnik zəmində toqquşmalar Talibanın ayrı-ayrı qrupları arasında da baş verir. Belə ki, Əfqanıstanın şimalındakı Fəryab əyalətində son vaxtlar talib-özbəklər və talib-puştunlar arasında tez-tez toqquşmalar qeydə alınır. Bu yaxınlarda Talibanın puştun yaraqlılarının yerli Taliban komandiri, etnik özbək Maxdum Alemi həbs etməsi ciddi etirazlara səbəb olub. Ölkənin ikinci ən böyük etnik qrupu olan taciklərlə Talibanın münasibətləri daha da gərgindir. Taliban üçün bütün Əfqanıstan üzərində tam nəzarəti bərqərar etmək vacibdir. Talibanın müqavimətini hələ də qıra bilməyən şimaldakı Pəncşir əyalətinin əhalisinin əksəriyyətini isə taciklər təşkil edir. Burada onların sayı təxminən 100 min nəfərə çatır. Pəncşirdəki müqavimətin lideri Əhməd Məsud da əslən tacikdir.
Öz növbəsində Tacikistan nəinki Kabilin yeni hakimiyyət orqanları ilə əlaqələr qurmağa tələsmir, hətta Əfqanıstandakı müxalifət qüvvələrinin qalıqlarını dəstəkləyir. Tacikistanın Talibanın qalan əleyhdarlarını dəstəklədiyi və onun ərazisində müqavimətin liderlərinin olduğu barədə fikirlər var. Hətta Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Aqbar bəyan etmişdi ki, ölkəsində yeganə qanuni hökumət Əhməd Məsudun hökumətidir.
Özbəkistanın mövqeyi Talibanın Əfqanıstandakı hakimiyyətini qəti tanımayan Tacikistanın yanaşmasından fərqlənir. Daşkənd Taliban hərəkatı ilə ilk danışıqlar aparanlardan biri olub, əfqan qaçqınlarının təxliyyəsinə kömək edib və yeni hakimiyyət dövründə Kabillə iqtisadi əməkdaşlığı bərpa etmək niyyətində olduğunu bildirib. Bu günlərdə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov hətta beynəlxalq ictimaiyyəti Taliban rejimi ilə əlaqə qurmaq və bu ölkəyə yardım göstərmək imkanlarını nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, Əfqanıstana yardım göstərilməməsi onsuz da qeyri-sabit olan vəziyyəti gərginləşdirə bilər.
Taliban nümayəndəsi qonşu ölkələrə qarşı ərazi iddialarından danışmasa da, hərbi dəstələrin göndərilməsi faktı ciddi narahatlıq yaradır. Bəli, çətin ki, Taliban hücuma cəsarət etsin. İndi Talibana Tacikistan yox, yalnız Əfqanıstanın Məsudun dağlıq bölgələrdə nəzarət etdiyi hissəsi lazımdır. Bununla belə, Pəncşir üzərində nəzarətin təmin edilməsi cəhdi qaçqın axınının artmasına səbəb olacaq. Həmçinin Əfqanıstanda baş verən sosial-iqtisadi böhran və humanitar fəlakət şəraitində quldur dəstələri, terror təşkilatları fəallaşır. Qonşu Tacikistan və Özbəkistana keçə biləcək qaçqınlar və silahlı qruplar bu ölkələrdə böhrana səbəb ola bilər.
Mərkəzi Asiyada böhranın yaradılması Rusiyanın strateji maraqlar zonasına müdaxilə deməkdir. Bu, təbii ki, Kreml üçün təhlükədir və problemin həllində yol veriləcək səhv Moskvaya baha başa gələ bilər. Xüsusilə nəzərə alsaq ki, Tacikistan KTMT-nin üzvüdür. Bəli, Taliban dəfələrlə bəyan edib ki, region ölkələrinə genişlənmək planları yoxdur. Lakin birincisi, regionun sərhədlərində hərbi qarşıdurma həmişə sabitliyi pozan ciddi amildir. İkincisi, Taliban haqqında bir növ vahid struktur kimi danışmaq olmaz. Tarix dəfələrlə sübut edib ki, bu hərəkatın müxtəlif qruplarının bir-birindən fərqli fəaliyyət planları var. Üçüncüsü, heç kim planların dəyişə biləcəyindən sığortalanmayıb. Silahlı radikal kütləyə tam etibar etmək bağışlanmaz sadəlövhlük olardı.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05

