Arayik Arutyunyanın qorxusu...
16.02.2022 [10:34]
Qarabağda separatçıların mitinqi niyə baş tutmayacaq?
Nardar BAYRAMLI
Qarabağ separatçıları hər il fevralın 20-də Xankəndidə separatizmə başlamalarının ildönümlərini mitinq keçirməklə qeyd edirdilər. Bu il isə belə bir mitinq baş tutmayacaq. Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, fevralın 20-nə planlaşdırılan aksiyaya Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan icazə verməyib. Qadağaya səbəb Arayik Arutyunyanın mitinqin onun istefasını tələb edən hərəkata çevriləcəyindən qorxması olub. Məlumata görə, belə razılıq əldə olunub ki, mitinq “qeyri-hökumət təşkilatları” səviyyəsində təşkil olunsun və heç bir siyasi qüvvə mitinqin təşkilinə və keçirilməsinə qarışmasın, siyasi çıxışlar olmasın. Lakin Arayik Arutyunyan buna da qarşı çıxıb. Arayikin tərəfdarları yığıncağın qadağan edilməsinin səbəbini koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqələndirsələr də, ona müxalif olanlar bununla razılaşmayıblar.
Əslində nə baş verir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu qadağanın səbəblərindən biri separatçı-terrorçu rejimin daxili qarşıdurmasıdır. Onun sözlərinə görə, müharibədən sonra “Qarabağ klanı” Arayik Arutyunyanı qovmaq üçün cəhdlər edirdi: “Lakin Ermənistanda Nikol Paşinyanın sonuncu parlament seçkilərində qalib gəlməsindən sonra “Qarabağ klanı”nın mövqelərinin zəifləməsi onların Xankəndidəki uzantılarını da zəiflətdi və Arutyunyan bundan istifadə edərək müəyyən qədər gücləndi. Lakin son dövrlər Xankəndidəki separatçılarla Paşinyan arasında münasibətlər pisləşib. Paşinyanın ötən ilin dekabrında “Qarabağın statusu Azərbaycan konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra uçurum daha da böyüyüb. İndi Xankəndidəki separatçı-terrorçu rejimin öz daxilində mübarizə gedir. Həm Paşinyan hakimiyyəti Arayik Arutyunyana qarşı müəyyən gedişlər edir, həm də keçmiş hakimiyyətlərin bölgədəki uzantıları. Mitinqə icazə verilməməsi bundan qaynaqlanır”.
Həmsöhbətimizin fikrincə, burada əsas səbəblərdən biri də rəsmi Bakının mövqeyidir: “Müharibədən sonra separatçı-terroçu rejimin müəyyən cəhdlərinin qarşısı Azərbaycanın tələbi ilə alınıb. Rəsmi Bakının xüsusilə separatçıların özləri üçün düzəltdikləri “tarixi günləri” qeyd etməsinə qarşı sərt mövqe sərgiləyir. Ötən ilin 2 sentyabr tarixində qondarma “müstəqillik günləri”nin təntənəli qeyd edilməməsi də Azərbaycanın bununla bağlı tələbi idi. Həmin vaxt erməni mediası da Bakının bir çox məsələyə veto qoyduğunu yazırdı. Nəticə etibarilə “mərasimin” təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilmədi. Məlumatlar var idi ki, separatçılar “mərasimi” təntənəli keçirmək, eləcə də “yürüş” etmək üçün sülhməramlılardan icazə istəyib, amma Azərbaycanın bu məsələ ilə bağlı sərt mövqeyi əsas gətirilərək icazə verilməyib. Bununla yanaşı, separatçılar “mərasimi” 25 gün müddətində müxtəlif formatlarda keçirmək niyyətində idi. Buna da icazə verilmədi. Erməni mənbələri yazırdı ki, Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb. İndi separatçılıq hərəkatının “34-cü ildönümü” münasibətilə mitinqə icazə verilməməsinin əsas səbəblərindən biri yenə də Azərbaycanın mövqeyidir. Bölgədə sülhməramlılar bəzən öz funksiyalarından kənar fəaliyyətlər göstərsə də, bu kimi məsələlərdə Azərbaycanın mövqeyini nəzərə almağa məcburdurlar. Mümkündür ki, separatçı-terrorçu rejimə bu kimi tədbirlərə son qoymaq tapşırılıb. Proseslər deməyə əsas verir ki, müharibədən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan öz sərhədləri daxilindəki separatizmi də tezliklə aradan qaldıracaq”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

