Zəngəzur dəhlizi: növbəti mərhələ başladı
10.02.2022 [23:23]
Culfa-Mehri-Horadiz dəmir yolu xətti bərpa olunur
Nurlan QƏLƏNDƏRLİ
Pərviz SADAYOĞLU
44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.
Azərbaycan Prezidenti dəfələlərlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd etmişdi. Dövlət başçısı, həmçinin Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulamışdı. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa çalışır, müxtəlif bəhanələr irəli sürür, süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostratreji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Bu gün Paşinyanın müxtəlif toplantılar, görüşlər zamanı səsləndirdiyi fikirlər də bu reallığı ifadə edir. Ermənistan baş naziri artıq sülh müqaviləsinin imzalanmasından, kommunikasiyaların bərpasından və digər məsələlərdən bəhs edir, ölkəsinin öhdəliklərini xatırladır. Yeri gəlmişkən, o, parlamentdə “Hökumət saatı” zamanı qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir və avtomobil yolları əlaqəsini bərpa etməyə hazırdır. “Biz təkcə dəmir yolu deyil, həm də avtomobil yollarının açılması üçün təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik. Onlar Rusiya və beynəlxalq tərəfdaşlara təhvil verilib”, - deyə baş nazir bildirib. Paşinyan Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdiyi razılaşmalar əsasında Culfa-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. “Ermənistan baş nazirinin müavini bu yaxınlarda rusiyalı həmkarı və Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb. İndi bərpa üçün texniki tapşırığın necə tərtib ediləcəyi və gələcək yolun tikintisi üçün vəsaitin tapılması müzakirə olunur”, - deyən baş nazir əlavə edib ki, bundan sonra beynəlxalq sənəd hazırlanmalı və lazım gələrsə, parlamentdə ratifikasiya edilməlidir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərin həllini də özündə ehtiva edib. Bəyanatda göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. O cümlədən Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Komitə sədrinin sözlərinə görə, 2021-ci il yanvarın 11-də keçirilən üçtərəfli görüşdə bir daha bu məsələlər üç dövlətin rəhbəri tərəfindən müzakirə olundu: “Ötən ilin sonunda keçirilən Soçi və Brüssel görüşlərində isə kommunikasiyaların açılması, nəqliyyat sisteminin bərpası istiqamətində danışıqlar aparıldı və İşçi qrupunun yaradılması məsələsi aktuallaşdı. Artıq bu istiqamətdə uğurlu işlər aparılır. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti adıçəkilən kommunikasiya sisteminin ən mühüm inf
rastrukturudur. Dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları daxil olmaqla 30 km, ikinci mərhələdə Soltanlı, Qumlaq stansiyaları daxil olmaqla 55 km, üçüncü mərhələdə isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km yol çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin 70 faizi tamamlanıb. Bu gedişlə layihənin icrasının daha qısa müddətdə tam təmin olunacağını söyləmək olar. Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi artıq istifadəyə verilib və bu yolla yük qatarlarının hərəkəti təmin edilir. Eyni zamanda, Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Körpünün inşasının iki il müddətində tamamlanması nəzərdə tutulub. Bu xəttin istismara verilməsi Naxçıvanla Azərbaycan arasındakı nəqliyyat çətinliyini də aradan qaldıracaq. Bu, olduqca mühüm amildir. Digər tərəfdən, yeni nəqliyyat sistemi türkdilli ölkələr arasındakı iqtisadi münasibətlərin inkişafına da təkan verəcək”.
“Ermənistanın baş nazirinin kommunikasiyaların bərpası ilə bağlı verdiyi açıqlama onu deməyə əsas verir ki, nəqliyyat sisteminin bu ölkənin ərazisindən keçən hissəsində də işlərin başlanılması və ya bərpası istiqamətində müvafiq addımlar atılacaq. Bunun nə vaxt reallaşacağı hələ bildirilməsə də, artıq Ermənistanın rəsmi mövqeyi bəllidir. Bu nəqliyyat sistemi olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi regionda yeni siyasi reallıqlarla yanaşı, iqtisadi inkişaf üçün də zəmin yaradıb. Ermənistan dərk etməlidir ki, bu nəqliyyat sistemi vasitəsilə mühüm bir logistik xəttin üzərində yer almış olacaq. Nəticə etibarilə, bu, həmin ölkənin iqtisadi böhrandan xilas olmasına da yaxından kömək göstərəcək” ,- deyən komitə sədri əlavə edib ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətlərinin də marağındadır.
Komitə sədri deyib ki, hətta bəzi dövlətlər öz dəmiryolu xətləri ilə bu sistemi birləşdirmək istiqamətində niyyətlərini də ifadə ediblər: “Məsələn, qonşu İran və Rusiya da bəhs olunan nəqliyyat dəhlizindən istifadə edəcəyini, bu sistemə qoşulacağını bəyan etməkdədir. Bu, özlüyündə dünyanın yeni bir ticarət zolağını formalaşdırır. Belə demək mümkündürsə, Azərbaycanın təşəbbüsü ilə reallaşan bu sistem qarşıdakı mərhələdə iqtisadi münasibətlər sisteminə yeni nəfəs verəcək. Qeyd etdiyim kimi, bu nəqliyyat sistemində dəmir yolu ilə yanaşı, avtomobil yolu da yer alacaq. Ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında da bildirmişdi ki, 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir”.
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58
