Azərbaycan dövləti qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərir
03.09.2010 [09:53]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatında buranın sakinləri ilə görüşüblər.
Görüşdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan dövlətinin əlil insanlara, ahıllara, bütövlükdə qayğıya ehtiyacı olanlara daim diqqət göstərdiyini vurğulayıb. Əli Əhmədov bildirib ki, dövlətimizin imkanları artdıqca bu kateqoriyadan olan insanların şəraitinin daha da yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. YAP Sədrinin müavini bu günlərdə ölkə Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin və minimum aylıq əməkhaqqının artırılmasının həyata keçirilən siyasətin tərkib hissəsi olduğunu qeyd edib. Əli Əhmədov bu tədbirlərin davamlı olduğunu vurğulayıb.
Mübarək Ramazan ayında bu insanlara cansağlığı arzulayan Əli Əhmədov, axşam pansionatda YAP tərəfindən iftar süfrəsi açılacağını bildirib. “Sizin kimi insanlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. çünki siz dövlətimizin güclənməsi üçün çalışmısınız. Ona görə də, sizə daim qayğı göstərilir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, qüdrətli dövlətə çevrilir. Əlbəttə ki, dövlətimizin qüdrəti artdıqca, sizin kimi insanlara göstərilən qayğının miqyası da yüksəlməkdədir və bundan sonra da bu proses davam edəcək”, - deyə YAP Sədrinin müavini qeyd edib.
“Bu insanlarla YAP nümayəndələri mütəmadi olaraq görüşlər keçirir. Bu qocalar evində YAP olaraq ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanıb, həmin problemlərin imkan daxilində həllinə kömək etməyə çalışırıq. Artıq belə görüşlər ənənəyə çevrilib. Sanki biz buranı qeyri-rəsmi şəkildə himayəmizə götürmüşük. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Burada insanların yaşayışı üçün lazımi şərait yaradılıb. Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Buradakı insanlarla bizim aramızda çox yaxın münasibətlər qurulub. Yəni artıq bir-birimizə isti münasibətlərimiz var. Burada yaşayan insanların gümrahlığı, əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, hökumətimizin siyasətinin humanizmindən, insanpərvərliyindən, insana qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qocalar evləri də diqqətdən kənarda qalmayıb”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Pansionatın direktoru Bəhruz Əlmədətov qocalar evinin 1969-cu ildən fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, hazırda pansionatda 153 nəfər yaşayır: “Burada yaşayan qocalar, əlillər dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub”.
Görüşdə çıxış edən müharibə və əmək əlilləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Yeni Azərbaycan Partiyasına minnətdarlıq ediblər. Sonda YAP tərəfindən pansionata televizor hədiyyə edilib.
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvləri Kərim Kərimov və Şahlar Əsgərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi Azad Tağızadə, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

