Cinayət yolu ilə əldə olunmuş 210 min dollar pulun AXCP-yə aidiyyəti varmı?
01.09.2010 [09:57]
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lakin təqsirləndirilən şəxslərin vəkilləri prosesdə iştirak etmədiyi üçün hakim T.Nəsrullayeva prosesin sentyabrın 8-dək təxirə salındığını bildirib. Növbəti iclas zamanı zərərçəkmiş şəxslə yanaşı, şahidlərin də dindirilməsi gözlənilir.
Qeyd edək ki, bu cinayət işi 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə başlanılıb. Aparılmış ibtidai istintaq zamanı quldurluq cinayətinin Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlu tərəfindən törədilməsi sübuta yetirilib. Onlar bu cinayət yolu ilə 210 000 ABŞ dollarından artıq pulu mənimsəyiblər.
Yeri gəlmişkən, onu qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri Qabil Məmmədrzayev həbs olunana qədər AXCP sədri Əli Kərimlinin müşaviri işləyib. Elə bu səbəbdəndir ki, bəzi müxalifət dairələri xüsusən, adıçəkilən şəxsin təmsil olunduğu partiya funksionerləri bu məhkəmə prosesini xüsusi olaraq diqqətdə saxlayır. Hətta bir sıra hallarda məhkəmənin gedişinə kölgə düşürməyə yönəlmiş cəhdlərin, bəyanat və fikirlərin də şahidi oluruq. Amma onların olaylara necə yanaşmasından asılı olmayaraq, əminik ki, sonda ədalət öz yerini tapacaq və bu cinayət faktı ilə bağlı ən doğru qərar qəbul olunacaq. Təbii ki, bu sırf hüquqi bir prosesdir və qanunun tələbləri prosesdə tam yerinə yetiriləcək, həmçinin hadisənin detalları, cinayət yolu ilə əldə olunmuş pulların hara xərclənməsi kimi suallar öz cavabını tapacaq.
Amma bu hadisənin başqa təfərrüatları və ortaya çıxardığı detallar da var ki, onların üzərində dayanmağa ehtiyac var. Belə ki, artıq qeyd olunduğu kimi, bu gün quldurluq etdiyi üçün hakim qarşısında dayanan Q.Məmmədrzayev uzun illər ölkəmizin siyasi arenasında mövcud olan bir partiyanın sədrinin müşaviri işləyib. Bu da partiyanın icra strukturunda heç də kiçik bir vəzifə sayılmamalıdır. Əksinə, rəhbərliyə daxil olan, partiyanın idarəçiliyində təmsil olunan bir şəxsin belə əməllərə imza atması həm də AXCP-nin tərcümeyi-halına bir ləkə kimi daxil olub. Bu fakt, həmçinin, partiyaların maliyyələşməsi məsələsində şəffaflığın təmin olunması zərurətini yenidən gündəmə gətirir. çünki beynəlxalq təcrübədən də artıq bildiyimiz kimi, bəzi partiyaların maliyyələşməsində çirkli pulların və cinayət yolu ilə əldə olunmuş gəlirlərin rolu olur. Hətta nəzarətsizlik halında, bu maliyyə vəsaitləri dövlətin daxilində sabitliyi pozmağa yönəlmiş cəhdlərin də müşahidə olunmasına şərait yaradır. Doğrudur, ölkəmizdə mövcud olan effektiv idarəçilik sistemi, demokratik şərait, qanunların işləməsi və dövlət-vətəndaş münasibətlərin yüksək səviyyədə qurulması Azərbaycanı bu tip mənfi ssenarilərdən sığortalayır. Amma istənilən halda siyasi təşkilatların, xüsusən, keçmişdə dövlətçiliyimizə qarşı müxtəlif təxribatlara imza atmış siyasi qüvvələrin maliyyələşməsində şəffaflığın təmin olunması mühüm bir şərtdir.
Bu hadisənin başqa bir dərs çıxarılmalı tərəfi də var ki, onun da üzərində durulması vacibdir. Sirr deyil ki, bu gün AXCP hakimiyyətə iddialı olan, özünü Azərbaycan iqtidarına opponent hesab edən siyasi təşkilatdır. Belə olduğu halda, adı bu cür cinayət hadisələrində hallanan bir partiyanın hansı haqla hakimiyyətə iddialı olması, dövləti idarə etmək niyyətini ortaya qoyması təbii ki, böyük bir sual doğurur. Bu gün öz yanında çalışanların hərəkətlərinə nəzarət edə bilməyən bir şəxsin Azərbaycan dövlətini idarə etməyə, ölkəmizdə yüksək postları tutub hansısa sahəyə rəhbərlik etməyə nə haqqı, nə də potensialı çatır. Bunu biz 18 il öncə Azərbaycanda hakimiyyət başında olan siyasi qüvvələrin törətdikləri cinayətlərə, dövlətimizi yaşatdıqları məşəqqətli günlərə şahidlik edərkən gördük. Və yəqin ki, xalqımız bir daha o ağır tarixi dövrü yenidən yaşamaq istəmir. Ona görə də, Əli Kərimlilərə, onunla eyni əqidəyə, eyni missiyaya qulluq edənlərə birdəfəlik “yox!” deyib və onları Azərbaycan siyasi səhnəsindən silərək tarixin bir kənarına atıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

