Ermənistan müharibə itkilərini niyə gizlədir?
18.01.2022 [10:35]
Hakimiyyət əhalinin qəzəbindən qorxur
Nardar BAYRAMLI
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın ordusunun faktiki olaraq tamamilə dağılması hər kəsə məlumdur. Böyük miqyasda hərbi texnika itirən işğalçı ordu canlı qüvvə baxımından da xeyli itki verib. Təsadüfi deyil ki, erməni tərəfi 44 günlük müharibə zamanı itkin düşmüş hesab edilən erməni hərbi qulluqçuların meyitlərinin axtarışlarını hələ də davam etdirir. Yanvarın 14-də Füzuli rayonunda aparılan axtarışlar nəticə verməsə də, Ermənistan Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində axtarışları davam etdirmək niyyətindədir. Müharibə başa çatandan indiyədək rəsmi olaraq ümumilikdə 1705 cəsəd təxliyə olunaraq təsdiqlənib.
Ermənistan cəmiyyətində isə itkilərin daha çox olması barədə fikirlər səslənir. Əhali hakimiyyətin məqsədli şəkildə itkilərin sayını gizlətdiyini bildirir. Ermənistanda “Hayastan” blokunun üzvü Robert Hayrapetyan yerli mətbuata müsahibəsində deyib ki, müharibədən 1 il 3 ay keçməsinə baxmayaraq, hələ də müxtəlif morqlarda saxlanılan tabutlarda naməlum cəsədlər və cəsəd qalıqları var. O, Ermənistan hakimiyyətini 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin taleyinə aydınlıq gətirə bilməməkdə günahlandırıb.
R.Hayrapetyanın sözlərinə görə, itkin düşənlərin valideynləri bir ildən çoxdur əsəb, stress içində əziyyət çəkir, dövlət orqanlarının qapılarında süründürülürlər: “Hazırda ordudakı vəziyyət acınacaqlıdır. Azərbaycan Ordusu ilə bəzi üzbəüz mövqelərdə hərbçilər baxımsızlıqla üzləşirlər, bəzən isə əsgərlər intihar həddinə çatırlar. Bu günlərdə 21 yaşlı bir əsgərin intiharının qarşısı tağım komandiri tərəfindən alınıb”.
Ümumiyyətlə, müharibə başa çatdıqdan sonra bu məsələ ilə bağlı Ermənistanda əhali dəfələrlə etiraz aksiyaları keçirib. Hakimiyyət isə insanların suallarına dəqiq cavab verməkdən yayınır. Buna səbəb nədir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsindən sonra gerçək itkilərlə bağlı ictimaiyyətə təhrif olunmuş rəqəmlər açıqlayır. Onun sözlərinə görə, bunun səbəbi isə hakimiyyətin xalqın qəzəbindən qorxmasıdır: “44 günlük müharibə Ermənistan üçün çox ağır nəticələr verdi. 30 illik işğal dövründə də bu ölkədə sosial-iqtisadi vəziyyət yaxşı deyildi, dərin böhran hökm sürürdü. İşğal siyasəti Ermənistan üçün yaxşı heç nə vermədi. Əksinə, Azərbaycanın uğurlu siyasəti nəticəsində işğalçı ölkə bütün regional layihələrdən təcrid olundu ki, bu da onun iqtisadi tənəzzülünə, sosial böhranına gətirib çıxardı. Azərbaycan torpaqlarından sülh yolu ilə çıxmaqla bağlı çağırışlara da konstruktiv cavab verməyən Ermənistanın işğalçı qüvvələri ordumuzun gücü hesabına ərazilərimizdən qovuldu. Təbii ki, 44 günlük müharibənin nəticələri, erməni tərəfinin ağır itkiləri bütün dünyaya məlumdur”.
Politoloq qeyd edib ki, hazırda Ermənistandakı morqlarda hələ müharibədə öldürülmüş çoxlu sayda hərbçilərin cəsədləri var və onlar ailələrinə təhvil verilmir: “Hakimiyyət bu məsələdə insanları aldatmaq yolunu tutub. Ölmüş erməni hərbçilərinin cəsədləri müəyyən fasilələrlə ailələrinə verilir. Bu proses ona görə kütləvi şəkildə həyata keçirilmir ki, xalqın qəzəbindən mümkün qədər yayına bilsinlər. Bütün hallarda isə belə vəziyyət Ermənistan dövlətinə və cəmiyyətinə dərs olmalıdır. Çünki bu ölkədə çoxları itkilərin demoqrafik vəziyyətə ciddi təsir göstərəcəyini etiraf edirlər. Bilməlidirlər ki, işğalçı siyasətin sonu belə olur. Bu gün hələ də Ermənistanda revanşist qüvvələr var. Amma onlar baş verənlərdən nəticə çıxarmalıdırlar. Nə zamansa hərbi təxribata əl atsalar, sonları belə olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22

