Ermənistan danışıqlar prosesini pozmaqda israrlı görünür
21.08.2010 [09:57]
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar işğalçı Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hələ də nəticə vermir. Erməni tərəfi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra yenilənmiş Madrid prinsiplərini qəbul edib-etmədiyini bildirməli olduğu halda, müxtəlif bəhanələrlə bu cavabı uzatdı. Hazırda isə işğalçı Ermənistan Rusiyanın təşəbbüsü ilə son altı görüşü kənara qoyaraq yalnız prezidentlərin iyun ayında keçirilmiş Sankt-Peterburq görüşünü əldə bayraq edərək danışıqların bu görüşün nəticələri əsasında davam etdirilməsində israrlıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Almatı görüşünün də nəticəsiz başa çatmasına səbəb məhz işğalçı tərəfin bu tipli iddiaları oldu.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan işğalçı dövlət olduğu halda həmsədr ölkələr, xüsusilə, Rusiya rəsmi Yerevana hər hansı təzyiq göstərmir. Əksinə, dolayısı ilə Ermənistan himayə edilməkdədir. Fakt kimi deyə bilərik ki, danışıqlar prosesini dəfələrlə pozmasına baxmayaraq, həmsədrlər işğalçı Ermənistanın bu hərəkətinə münasibət bildirməyib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan iddia edib ki, prezidentlərin iyun ayında Sankt-Peterburqda keçirilmiş görüşündə tərəflərə Madrid sənədinin yenilənmiş variantı təqdim edilib. O, deyib ki, Ermənistan danışıqları Madrid sənədinin bu variantı əsasında danışıqları davam etdirməyə hazırdır.
Göründüyü kimi, Ermənistan, sadəcə, bu cür hərəkətlərlə manevr edir, münaqişənin həllini uzatmağa çalışır. İndi də işğalçılar yenilənmiş Madrid prinsiplərinə bir quyruq-”Sankt-Peterburq təklifləri” qoşmaqla danışıqlar prosesinə növbəti maneə yaradıblar. Azərbaycan tərəfi isə Ermənistanın bu iddialarını təkzib edir. Xatırladaq ki, bir müddət öncə xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Almatıda keçirilən görüş nəticəsiz olub və Ermənistan imzalanması Bakı tərəfindən alqışlanan “3+2” formatında bəyanatla çıxış etməkdən imtina edib. “Bu günədək danışıqlar prosesində sirli heç bir şey qalmayıb. Danışıqların planı hamıya məlumdur və bu plan Torontodakı “Böyük səkkizlik”in sammitində prezidentlərin bəyanatı ilə təsdiqlənib” - deyə, Elmar Məmmədyarov vurğulayıb. Nazirin sözlərinə görə, bununla belə, Azərbaycan danışıqları davam etdirməyə hazırdır, lakin danışıqların nəticələri erməni tərəfindən asılı olacaq.
Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Kanadada “Böyük səkkizlik”in (G-8) sammiti çərçivəsində birgə bəyanat qəbul edərək hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar. Bunlar yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması, bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra dinc şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.
Edvard Nalbandyanın son bəyanatına gəlincə isə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, işğalçı dövlətin XİN rəhbəri Qarabağ nizamlanması ilə bağlı danışıqları yalnız prezidentlərin Sankt-Peterburq görüşündə Rusiyanın təqdim etdiyi təkliflər əsasında davam etdirməyə hazır olduğunu bəyan etməklə populizmlə məşğul olur. “çünki o, gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların formatı iki münaqişə tərəfi və nizamlanmaya dair təkliflər hazırlayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir” - deyə, E.Poluxov qeyd edib. Onun sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya tərəfinin səsləndirdiyi təkliflər də daxil olmaqla rəsmi təsdiqlənmiş formatdan kənarda səsləndirilən bütün təkliflər “sadəcə, nəzərdən keçirilən və müzakirə edilən, lakin danışıqlar üçün əsas olmayan təkliflərdir”.
“Əgər E.Nalbandyan danışıqların formatını birtərəfli qaydada dəyişməyi qərara alıbsa, o bu barədə rəsmən bəyanat versəydi, pis olmazdı” - deyə, XİN mətbuat katibi vurğulayıb.
Son proseslərə münasibət bildirən politoloq Vəfa Quluzadə isə deyib ki, nəticəsiz danışıqların davam etdirilməsi bir sıra qüvvələrin marağındadır. Onun fikrincə, bu prosesdə ciddi oyunlar gedir: “Danışıqların uzanmasına görə heç kim Ermənistanı qınamayacaq. Ermənistan sadəcə, Rusiyanın əmrlərini yerinə yetirir. Ermənistan elə bilir ki, bununla dünya ictimaiyyətini aldadır. Amma reallığı hamı bilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

