Qarşıdan gələn parlament seçkiləri azad, şəffaf, demokratik şəraitdə keçiriləcək
26.08.2010 [09:11]
Müstəqillik əldə edəndən, daha doğrusu, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində aparılan fəaliyyət tezliklə müsbət nəticəsini verdi. 1995-ci ildə Ulu öndərin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyası vətəndaşların söz, vicdan azadlıqlarını, hüquqlarını təsbit etdi. Məhz Konstitusiyamız vətəndaş-dövlət münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsində əsas rol oynadı. Qeyd etmək lazımdır ki, bu gün irqindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşları Konstitusiya ilə azad seçki hüququna malikdir. ölkəmizdə keçirilən seçkilər isə hər zaman seçicilərin-Azərbaycan vətəndaşlarının iradəsinə əsaslanıb. Bu baxımdan qarşıdan gələn 2010-cu il parlament seçkilərinin də şəffaf, azad və demokratik seçki yolunda Azərbaycanın növbəti uğuru kimi tarixə düşəcəyini söyləmək olar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsində Azərbaycan hakimiyyətinin marağı, iradəsi hər zaman özünü açıq şəkildə büruzə verir. Bir neçə gün öncə jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Azərbaycan hakimiyyətinin seçki prosesində namizədlərə bərabər şərait yaradılması, KİV-lərdə seçki təbliğatına maksimum yer verilməsi, o cümlədən, İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq göstərilən vaxtdan daha səmərəli istifadə olunması, özəl televiziyalarda namizədlərə ödənişli əsaslarla vaxt ayrılması və azad seçki yarışı mühitinin formalaşmasına hazır olduğunu deyib. Şöbə müdiri bildirib ki, Azərbaycan hakimiyyəti Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının təlimatında nəzərdə tutulmuş seçki təbliğatı, təşviqatı, seçicilərlə görüş, namizədlərarası yarışın təşkil olunması və digər məsələlərlə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək. Əli Həsənov builki seçkilərdə də bütün namizədlərə bərabər şəraitin yaradılacağına əmin olduğunu deyib: “Bu dəfə də ölkədə azad, demokratik seçkilər keçiriləcək. Seçicilər kimə səs verəcəklərsə, o da gələcək parlamentdə xalqı təmsil edəcək”.
ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün Azərbaycan hakimiyyəti bütün resursları yaradıb. Hüquqi dövlət olaraq Azərbaycanda seçki qanunvericiliyi mükəmməl formadadır. İllərlə bu qanunvericiliyin təkmilləşdirilərək mükəmməl hala gətirilməsi istiqamətində fəaliyyət nümayiş etdirilib və Avropa Şurasının Venesiya Komissiyası ilə məsləhətləşmələrdən sonra qəbul olunan hazırki Seçki Məcəlləsi mütərəqqi bir sənəddir. Bu gün Azərbaycan istər seçki qanunvericiliyi, istərsə də seçki mədəniyyəti və demokratik şəraiti ilə bir çox Avropa ölkələrini də geridə qoyur. Hətta indiyə qədərki seçkiləri müşahidə edən bir sıra dövlətlərin nümayəndələri ölkəmizdə keçirilən seçkiləri öz ölkələri ilə müqayisə edərək, üstünlüyü Azərbaycana verib. Bu isə Azərbaycan hakimiyyətinin şəffaf və demokratik seçki keçirmək iradəsindən xəbər verir. Bununla yanaşı, Azərbaycan hakimiyyəti mütərəqqi Seçki Məcəlləsinin qəbuluna nail olmaqla ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb. Seçki Məcəlləsi Azərbaycan Respublikası vətəndaşlarının azad seçim etməsinə şərait yaradır. Məhz Seçki Məcəlləsində öz əksini tapan demokratik prinsiplərə əsasən vətəndaşlara seçkilərdə bərabər əsaslarla iştirak etmək, seçmək və seçilmək hüququ verilib. Bununla yanaşı, Avropa Şurasının Venesiya Komissiyası ilə aparılan məsləhətləşmələr qanunvericiliyin daimi təkamülünə səbəb olub və Avropa standartlarına uyğunlaşdırılan bu yeniliklər haqqında beynəlxalq təşkilatların sənədlərində hər zaman müsbət rəy əks olunub. Seçki Məcəlləsi seçkilərin keçirilməsi üçün beynəlxalq meyarları və ən yaxşı təcrübələri özündə cəmləyir. Keçirilən seçkilər isə mexanizmlərin beynəlxalq standartlara çatdırılması yolunda müsbət dəyərləndirilir. Rəngsiz mürəkkəbdən istifadə, seçki məntəqələrində veb-kameraların yerləşdirilməsi, “exit-poll”dan istifadə kimi mexanizmlər prosesin şəffaflığını artırmağa imkan verir.
Bundan başqa, ölkə Prezidenti İlham Əliyev hər zaman seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsinin zəruriliyini vurğulayıb. Bütün seçki proseslərinin xalqın iradəsinə söykənməsinin əsas şərt olduğunu bildirən dövlət başçısı məhz bu səbəbdən də seçki prosesinin kənar müdaxilələrdən qorunması istiqamətində olduqca effektiv addımlar atıb. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin nöqsanların aradan qaldırılması məqsədilə imzaladığı Sərəncamda seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkilərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi tam şəkildə öz əksini tapıb. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bu faktın özü bir daha Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf, azad seçki keçirilməsində maraqlı olduğunu göstərir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

