Arutyunyanın “demoqrafik vəziyyət” həyəcanı...
28.12.2021 [10:29]
Nardar BAYRAMLI
Müəyyən dairələr Qarabağda yaşayan ermənilərin sayını süni olaraq şişirtməyə çalışsalar da, məqsədlərinə nail ola bilmirlər. Azərbaycan tərəfi bəyan edib ki, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə cəmi 25 min erməni yaşayır. Bu reallığı separatçıların başçısı Araik Arutyunyan da açıq şəkildə etiraf etməyə məcbur olub. Belə ki, A.Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı etirafından sonra həm səsləndirdiyi bəyanatda, həm də öz yaxın ətrafı ilə keçirdiyi görüşdə ermənilər üçün demoqrafik vəziyyətin yaxşı olmadığını deyib. Bu, əslində, mülki ermənilərin ağır şəraitdə yaşamağa razı olmadıqlarının göstəricisidir. Ona görə də mülki ermənilər ya köçüb gedir, ya da onların arasında Azərbaycanın himayəsi altında yaşamaq istəyənlər az deyil.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” deyən və buna görə keçmiş hakimiyyəti ittiham edən Paşinyan faktiki olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bununla da prosesin Bakının təqdim etdiyi yekun sülh sazişinə doğru getdiyini elan edir. Onun sözlərinə görə, Araik Arutyunyan Paşinyanın fikirlərinə qarşı çıxsa da, bunun heç bir önəmi yoxdur: “Bu, müharibədən sonra separatçılarla rəsmi İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır. Nəzərə alsaq ki, bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub, belə olan təqdirdə, İrəvanın “qarant rolu”nun sıradan çıxması Qarabağdakı ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altında yaşamaq, ya da buradan köçməklə bağlı seçimini sürətləndirə bilər”.
Həmsöhbətimiz qeyd edib ki, Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından diqqəti çəkir: “Ermənistanın baş naziri əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirlər səsləndirib, həm də müəyyən iddialarından imtina edib. O, 2016-cı ilin Aprel müharibəsini xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətin günahıdır. BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub. Lakin 2016-cı ildə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi. Çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil. Əgər Minsk qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, BMT Təhlükəsizlik Şurasında bu, mümkün deyil. Digər məqam isə Paşinyanın Qarabağda yaşayan azərbaycanlılarla bağlı fikirləridir. O etiraf edib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da. Paşinyan deyib ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdən keçirilməyib, ən azından, erməni-azərbaycanlı icması olaraq qəbul edilib. Bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar. Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi “status”un Azərbaycan Konstitusiyasına uyğun həlli vəziyyəti yaranıb”.
A.Nərimanlı bütün bunların fonunda A.Arutyunyanın “narahatlığı”nın anlaşılan olduğunu deyib: “Artıq Paşinyan etiraf edir ki, azərbaycanlılar Qarabağa qayıtmalıdırlar. Araik də bu reallığı anlayır, amma etiraz etməklə öz mövcudluqlarını sübut etməyə çalışırlar. Amma bütün bunlar əbəsdir. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda da məcburi köçkünlərin BMT-nin iştirakı ilə Qarabağa qaytarılması haqqında müddəa var. A.Arutyunyanın Qarabağda demoqrafik vəziyyətlə bağlı həyəcanı da buradan qaynaqlanır. Çünki Qarabağda az sayda ermənilər var. Ötən illər ərzində isə Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin sayı xeyli artıb. Onlar Qarabağa qayıtdıqdan sonra demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə dəyişəcək. Belə olan halda, ermənilər azlıq təşkil edən icma olacaq. Beləliklə, proses irəli gedir və bütün məsələlər qalib dövlət olan Azərbaycanın maraqlarına cavab verir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

