Bizim Prezidentimiz qardaş ölkə vətəndaşlarının gözü ilə
24.12.2021 [10:37]
Bizim üçün Atatürk kimdirsə, Azərbaycan üçün İlham Əliyev odur
İlhamə Rəsulova
Türkiyə-Azərbaycan dostluğunun tarixi uzaq keçmişə dayansa da, iki ölkə arasındakı münasibətlər heç bir zaman indiki qədər yüksək səviyyədə olmayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq, qardaşlıq münasibətləri ölkələrimizin də taleyində müsbət rol oynadı, həm xalqlar, həm liderlər bir-birlərinə qardaş deməyə başlayandan özümüzü daha güclü hiss etdik, dünya arenalarına qoşa addım atdıq. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi son bir neçə ildə hər iki ölkə vətəndaşlarının dilindən düşməz oldu. Biz cənab Ərdoğanı, türkiyəlilər də cənab İlham Əliyevi özlərinin liderləri kimi görür, sevirik.
Sosial şəbəkələrdə keçirdiyimiz qısa sorğu ilə qardaş ölkə vətəndaşlarının bizim Prezidentimiz haqqında düşüncələrini sizinlə paylaşırıq.
TÜRKSAV İdarə Heyətinin sədri Yahya Akengin: “Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Türk Dünyası üçün gördüyü işlərin misli bərabəri yoxdur. Bu gün Türk Dünyasının dirilişi uğrunda aparılan böyük mübarizənin liderləri cənab Ərdoğan və cənab Əliyevdir. Qarabağda İlham Əliyevin 44 günlük müharibədə qazandığı şanlı zəfər Türk Dünyasına inam verdi, bu həm də Türk Dünyasının işğalçı düşüncələrinə qarşı ilk birgə addımı idi. Bu səbəblə biz TÜRKSAV olaraq bu mübarizəyə öncüllük edən cənab İlham Əliyevi mükafata layiq gördük”.
Türkiyəli politoloq, professor Hasan Oktay: “İlham Əliyevin gördüyü işləri, xüsusilə Türk Dünyasının bir araya gəlməsi yolunda sərf etdiyi böyük əməyin nəticələrini illər sonra daha yaxşı dərk edəcəyik. Biz hələ ki, böyük tablonun kiçik kadrlarını seyr edirik. Bəzən böyük mənzərəni yaxşı görmək üçün geriyə çəkilmək, uzaqdan baxmaq lazım gəlir. Onun gərgin əməyinin önəmli nəticəsini artıq Qarabağ zəfərində gördük. Bu zəfərin gətirdiyi dünya əhəmiyyətli siyasi dividendləri isə yaxın gələcəkdə görəcəyik”.
Brüsseldəki Türkiyə icmasının rəhbəri Hüseyin Bağçı: “Biz Avropanın tam ortasında oturaraq, Türkiyədə və Azərbaycanda olanları dərin maraqla hər zaman izləmişik. Xüsusilə, ötən il, müharibə günlərində özümüzü belə unudaraq, diqqətimizi Qarabağ savaşına yönəltmişdik. Açığı, Azərbaycanın həyata keçirdiyi siyasət, görünməmiş sürətlə irəliləməsi, indiyədək görmüş olduğumuz bütün müharibələrdən fərqlənən döyüş üslubu, taktikası bizi yaxşı mənada təəccübləndirdi. İlham Əliyevin bu illər ərzində aparmış olduğu hazırlığa, ordu quruculuğuna sərf etdiyi əməyə heyran qaldıq, təqdir etdik. Bir ölkənin xalqına nə lazımdır? Lideri onu düşünsün. Ardınca apara bilsin, güvənini doğrultsun. Hesab edirəm ki, İlham Əliyev öz xalqının güvənini elə qazanıb ki, bu əsrlər boyu belə davam edəcək. Sevilir. Xoşbəxt insandır. Xalq onu sevirsə, deməli, ən güclü lider də odur. Biz də hər zaman qardaş Azərbaycanın və onun liderinin yanındayıq”.
Türkiyə vətəndaşı, ədəbiyyat müəllimi Serdar Akıncı: “Vallah, məncə, çox səmimi insandır. Savaş günlərində mən onun qələbə xəbərlərini hansı həyəcanla verməsini izləyirdim. İstifadə etdiyi kəlmələr xalqın dilindən səslənirdi sanki. Duru, xəlqi, şirin. Amma xarici media qarşısına çıxanda da çox ciddi, çox intellektual, çox sakit tərzdə ən kəskin cavabları verirdi. Bu insan hər kəslə öz dilində danışmağı bacarır, onun bu xüsusiyyətini çox sevirəm. Türkiyəyə, ?ürk xalqına olan sevgisi də aşkardır. Bunu qiymətləndirməmək olarmı? Duyğularımız qarşılıqlıdır. Cənab Əliyev də, cənab Ərdoğan da hər iki xalqın liderləridir. Allah hər ikisinə uzun ömür versin”.
Həkim-cərrah Atilla Şəntürk: “Mən bir müddət Bakıda həkim kimi çalışmışam. O səbəblə azərbaycanlıların yaşam tərzini, öz dövlət başçılarına münasibətlərini yaxşı bilirəm. Açığını deyim ki, mən hər zaman AK Partiyə müxalif bir partiyanın, MHP-nin üzvü olmuşam. Lakin əsl ərdəm rəqiblərinin keyfiyyətini dəyərləndirməkdir. Bu anlamda Ərdoğanın Azərbaycana etdiyi dostluq jestlərinin, əslində, hər iki dövlət üçün eyni dərəcədə önəmli olduğunu yaxşı dərk edirəm. Biz Azərbaycana nə qədər lazımıqsa, Azərbaycan da bir o qədər bizə lazımdır. İlham Əliyev isə əvəzolunmaz liderdir. Bu gün çox düşünsəm də, Azərbaycanda onu əvəz edəcək hansısa siyasi partiya rəhbəri görə bilmirəm. Çox güclü siyasətçidir”.
İş adamı Bekir Alpars: “Azərbaycanda çox olmuşam. 44 günlük müharibədən sonra da getdim Bakıya. Bu dəfə insanlarınızın üzünü, hərəkətlərini fərqli gördüm. İşıq gəlib, inam gəlib insanların üzünə. Məncə, bunun səbəbi içinizdə dərd olmuş Qarabağ yarasının sağalmasıdır. Və bu sevinci sizə - xalqına söykənərək qalib olmuş Lideriniz bəxş edib. Mükəmməl bir insandır. Dünya liderləri ilə müqayisə edəndə illərin təcrübəsinin gətirdiyi yüksək siyasi mədəniyyət, qətiyyət, nüfuz, dərin və hərtərəfli bilgi sahibi olması onu bir addım önə çıxarır və açıq deyim ki, bu insana hörmət etməmək mümkün deyil. Belə bir Lideriniz olduğu üçün, məncə, xalq olaraq bəxtiniz gətirib”.
Almaniya türk icmasının üzvü, yazar Hatice Parçay: “İlham Əliyevə hörmətimiz, sevgimiz sonsuzdur. 44 günlük savaş zamanı biz Almaniyada azərbaycanlı qardaşlarımızın yanında olduq, dəstəklədik. Və hər zaman bu aksiyalara əlimdə onun şəkilləri ilə çıxırdım. Onu həm də öz Prezidentim kimi qəbul etdim. Çox böyük bir işin öhdəsindən gəldi, bizləri sevindirdi. Qarabağın, əslində, yalnız ermənilər tərəfindən işğal edilmədiyini bilirik. İlham Əliyev təkcə ermənilərə qarşı deyil, böyük imperialist güclərə qarşı savaş açdı, qələbə çaldı”.
İnşaat mühəndisi Asım Hatiboğlu Yılmaz: “Mən Şuşada aparılan yol inşaatı işlərinin iştirakçısı oldum. Azərbaycanlıların Şuşaya, bütövlükdə Qarabağa olan sevgisini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Mən bu xalqın İlham Əliyevə olan sevgisinin də şahidiyəm. Eynilə bizim Atatürkə olan sevgi kimidir cənab Prezidentə bəslənən duyğular. Təmiz, içdən, səmimi. Məncə, xalqının sevgisini qazanmaq ona böyük güc verir. Ləyaqətli insandır. Düşmənə cavab necə verilir, çox konkret şəkildə göstərdi. Əslində, hamılıqla necə bir hadisəyə şahidlik etdiyimiz bəlkə, illər sonra anlayacağıq. Doğru zamanı gözlədi, doğru addımlar atdı”.
Ehtiyatda olan hərbi pilot, polkovnik Hikmet Taşpınar: “Bir hərbçi kimi əminliklə deyə bilərəm, cənab İlham Əliyev çox güclü siyasətçi olmaqla yanaşı, çox səriştəli komandandır. Qarabağ savaşının döyüş planı, savaş günlərində həyata keçirilən ümumi strategiya məni heyran etdi. Hər şey mükəmməl, hər şey ən incə təfərrüatına qədər düşünülmüş və gözlənilməz idi. Düşmən sənin bir sonrakı addımını oxuya bilmirsə, demək ki, plan əladır. Bu mənada, Şuşanın, demək olar ki, yalın əllə alınması planı yüz illər keçsə belə, danışılacaq bir əfsanə, bir qəhrəmanlıq dastanıdır. Qarşısında böyük hörmətlə baş əyirəm. Mükəmməl insandır. Bu fürsətdən istifadə edərək cənab Prezidenti yubileyi münasibətilə təbrik etmək istəyirəm. Rəbbim can sağlığı versin”.
Bu sözlər sayı milyonlarla ölçülən xalqın bir neçə nümayəndəsinin ürəyindəkiləri əks etdirir. Fikirlərini soruşduğum ziyalılar, incəsənət xadimləri, sadə vətəndaşlar da cənab Prezident haqqında eyni şəkildə xoş sözlər söylədilər, təbriklərini, xoş arzularını səsləndirdilər.
Sevgi və hörmət yeganə duyğudur ki, onu zorla almaq olmur, onu hər kəs öz xarakterinin, əməyinin qarşılığında qazanır. Bu sevgi olmasa, bu qədər səmimiyyətlə, ürəklə Bizim Prezidentimiz kəlməsini istifadə etməzdik. Onunla qürur duyuruq, fəxr edirik.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

