Xarici sərmayəçilərin Naxçıvana marağı artır
05.08.2010 [08:56]
Naxçıvan Muxtar Respublikasının zəngin iqtisadi resurslara malik olması və yüksək iqtisadi inkişafı qonşu dövlətlərin bu bölgəyə olan marağını daha da yüksəldir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın digər bölgələri ilə, xüsusilə də, paytaxtla, hava nəqliyyatı istisna olmaqla, nəqliyyat-kommunikasiya əlaqələrindən təcrid olunmuş vəziyyətə düşməsinə baxmayaraq, Muxtar Respublikanın qardaş Türkiyə və İranla sıx əlaqələri mövcuddur və bu münasibətlərin dinamikası hər il artır. Həmin ölkələr Naxçıvanın əlverişli coğrafi mühiti, iqlim şəraiti, zəngin xammal resursları və təbii ehtiyatlarının diversifikasiyasında yaxından iştirak edir, bu bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Bu tendensiya isə Muxtar Respublikanın gücünün artmasına, bölgədə strateji mövqeyinin yüksəlməsinə səbəb olmaqdadır.
Bütün bu amillər son illərdə Naxçıvanın qonşu ölkələrlə yanaşı, digər dövlətlərlə də sıx əlaqələrinin yaranmasına impuls verib. MR-nın xarici dövlətlərlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıq münasibətlərinin genişlənməsi və birgə layihələrin həyata keçirilməsi intensiv xarakter alıb. Son 6 ildə Naxçıvan iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırılıb. Sərmayə qoyuluşunda Türkiyə, İran, Latviya, Almaniya, çin və digər ölkələrin investorları aparıcı yer tutur. Blokada şəraitində olmasına baxmayaraq, xarici tərəfdaşlarla sıx əlaqələri MR-nın beynəlxalq bazarlara çıxışına geniş imkanlar açır. Naxçıvanın əlverişli geocoğrafi mövqeyi isə bu bölgənin turizm potensialının zənginliyini göstərir və xarici investorlar burada ən böyük turizm obyektləri yaratmaq qərarına gəliblər.
Yeri gəlmişkən, ötən il Naxçıvanda Türkdilli ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə türk ölkələri Naxçıvanın iqtisadi və turizm potensialı ilə daha yaxından tanış olublar və MR-nın iqtisadiyyatının müxtəlif sektorlarına kapital yatırmaq niyyətlərini bəyan ediblər. Türkdilli ölkələrin dövlət başçılarının Muxtar Respublikanın bir sıra obyektlərində, o cümlədən, bütün regionda ən məşhur turizm və sanatoriya mərkəzi kimi tanınan “Duzdağ” mərkəzində olması bu bölgəyə marağın daha da artması üçün stimul verir. Naxçıvanın iqtisadi resurslarından faydalanması bu ölkələrin sərmayədar kimi imkanlarının artmasına səbəb ola bilər.
Naxçıvan Muxtar Respublikasının investisiya baxımdan cəlbediciliyi və yaradılmış əlverişli sərmayə mühiti Türkiyə və İran investorlarının marağının artmasına səbəb olub və bu dinamizm özünü sərmayə qoyuluşlarında göstərir. Türkiyə Naxçıvanda potensial sərmayəçi kimi xüsusi paya malikdir. Qardaş ölkə bu bölgədə çox mühüm layihələri həyata keçirməyə nail olub və energetika, maşınqayırma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı, xidmət və digər sahələrdə təmsil olunur. Qars-Naxçıvan dəmir yolunun, Ərzurum-Naxçıvan qaz kəmərinin çəkilişi və Naxçıvan-İstanbul aviareysinin açılması Naxçıvanın regionda tranzit məkana çevrilməsinə səbəb olacaq.
Muxtar Respublikanın yüksək iqtisadi inkişafı və həyata keçirilən davamlı layihələr Naxçıvanın yaxın illərdə potensial ixracatçıya çevrilməsinə səbəb olacaq. Bu gün bu bölgədə istehsal olunan 35 növdə sənaye məhsulunun xarici ölkələrə ixrac olunması ixrac miqyasının daha da genişlənməsinə və Muxtar Respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsinə təkan verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

