Azərbaycan mətbuatı çox böyük və uğurlu inkişaf yolu keçib
31.07.2010 [03:57]
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Qeyd etmək lazımdır ki, məhz həmin dövrdə - 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin mətbuata qarşı nümayiş etdirdiyi qeyri-demokratik münasibətin nəticəsində ölkədə hərbi senzura yaradılmışdı. Mətbuatın inkişafının qarşısının alınması istiqamətində böyük bürokratik əngəllər mövcud idi. Lakin 1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz, vicdan azadlıqları təsbit olundu. Bundan sonra ölkəmizdə azad sözün inkişafı istiqamətində mühüm addımlar atıldı. KİV haqqında qanunun qəbulu, senzuranın ləğvi, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması ölkəmizdə demokratik prinsiplərə sadiqliyin və mətbuatın inkişafına diqqət və qayğının nümunəsi idi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
2005-ci ildə milli mətbuatımızın yaranmasının 130 illik yubileyi zamanı Prezident İlham Əliyev jurnalistləri fəxri adlara layiq gördü və ondan sonrakı dövrdə demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımlar ayrıldı. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, məhz Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi tərəfindən ödənildi. Sonrakı dövrdə isə KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, bu konsepsiyadan irəli gələrək KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və jurnalistlərin sosial rifahını yüksəltmək üçün atılan addımlar, ən nəhayət bu il-milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir sıra jurnalistlərin fəxri adlarla təltif olunması, qəzetlərə birdəfəlik yardımların verilməsi və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsaitin ayrılması dövlətin mətbuata yüksək münasibətindən xəbər verir. Bu, bir daha göstərir ki, Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır.
Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimindəki çıxışında bildirdiyi kimi, bütövlükdə söz azadlığı hər bir ölkə, ölkənin inkişafı üçün ən vacib məsələlərdən biridir. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması məsələləri Azərbaycan üçün də çox vacib olan məsələlərdəndir: “Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər. Azərbaycanda internet istifadəçilərinin sayı 40 faizdən yuxarıdır”.
Həqiqətən də bu gün Azərbaycanda mətbuatın inkişafı yüksək səviyyədədir. Bununla belə, Azərbaycanda mətbuatın heç bir probleminin olmadığını iddia etmək də düzgün deyil. Bu problemlər mövcuddur və bu problemlərin həlli istiqamətində cəmiyyət, ictimaiyyət birgə çalışmalıdır. Bu birgə fəaliyyət isə nəticə etibarı ilə dövlətin inkişafına, söz və mətbuat azadlığının daha da möhkəmlənməsinə xidmət göstərəcək. Mətbuatın inkişafı, söz azadlığının genişlənməsi Azərbaycanın müasir dövlətə çevrilməsindəki yolda ən mütərəqqi addımlardandır. Prezident İlham Əliyev də öz çıxışında qeyd edib ki, bu bizim ümumi işimizdir: “Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55

