Bu dəfə də xəbərdarlıqdan nəticə çıxarmasa...
14.12.2021 [10:04]
Ermənistan təxribatların bədəlini ağır ödəyəcək
Nardar Bayramlı
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması ilə əlaqədar qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu yöndə olan bütün təşəbbüslərə öz dəstəyini göstərir. Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, nəhayət, sülh müqaviləsinin imzalanması bu baxımdan əsas məsələlər sırasındadır. Eyni zamanda, regionda kommunikasiyaların açılması da həllini gözləyən məsələlərdəndir. Azərbaycan bütün bu məsələlərlə əlaqədar ikitərəfli təmasların qurulmasının və konstruktiv danışıqların aparılmasının zəruriliyini daim bəyan edib. Bunun üçün ölkəmiz hər zaman siyasi dialoqa açıqdır, tərəflər arasında aktual müzakirə predmeti olan məsələlərlə əlaqədar təmasların tərəfdarıdır. Soçidə keçirilmiş üçtərəfli görüş zamanı da bütün bu məsələlərlə əlaqədar konstruktiv müzakirələr aparılmış və görüşün yekunu olaraq imzalanmış bəyanatda bu məqamlar əksini tapmışdı. Amma Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək əldə edilən razılaşmaların icrasını gecikdirir...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə açıqlamasında deyib ki, ölkəmizin atdığı konstruktiv addımlara baxmayaraq, Ermənistan tərəfdən bunun qarşılığını görmürük. Ermənistan tərəfindən sərhəddə zaman-zaman təxribatlar törədilir. Bunlar xoşagəlməz hallardır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Nazir xəbərdarlıq edib ki, erməni tərəfi bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq.
Ümumiyyətlə, Ermənistan razılaşmaların icrasından yayınmağa çalışmaqla nəyə nail olmaq istəyir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yalçın Hacızadə bildirib ki, müharibədən sonra imzalanmış bəyanatların şərtlərinin icrasının vacibliyi ölkə rəhbərləri tərəfindən imzalanmış Soçi bəyanatında da əksini tapıb. Azərbaycan müharibəni qələbə ilə bitirdikdən sonra işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini və regionda sülhü təmin etmək üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir, Ermənistandan da eyni münasibət göstərməyi tələb edir: “Soçi görüşündə həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarında göstərilən “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının vacibliyi”nin dövlət başçıları tərəfindən bir daha vurğulanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin həyata keçiriləcəyinin göstəricisidir. İmzalanmış son bəyanatın şərtlərinə baxdıqda görürük ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün şərtləri sənəddə əks etdirilib. Görüşdə Vladimir Putin tərəfindən “dəhliz” sözünün dəfələrlə işlədilməsi Azərbaycanın Zəngəzur dəhlizi planının Rusiya tərəfindən dəstəkləndiyinin və onun açılmasının regionun iqtisadi potensialının üzə çıxarılmasında xüsusi rolu olacağının qəbul edilməsidir. Həmçinin Rusiya Prezidenti tərəfindən “nəqliyyat dəhlizi” ifadəsinin işlədilməsi, 10 noyabr Bəyanatında “dəhliz” sözü yazılmayıb deməklə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınan Ermənistana növbəti mesajdır. Amma Ermənistan hələ də razılaşmaların yerinə yetirilməsinə müqavimət göstərməyə çalışır. Halbuki müharibədə kapitulyasiya aktına imza atmış məğlub ölkə bununla heç nəyə nail olmayacaq. Ona görə də Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətməməlidir”.
Y.Hacızadə deyib ki, Soçi görüşündə Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmaq, tərəflərin sorğusu əsasında Rusiyanın məsləhətçi yardımı ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması barədə razılığa gəlinsə də, yenə erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirir: “Kəlbəcər istiqamətində Ermənistanın törətdiyi təxribatlar da bunu sübut edir. Münaqişəsonrası mərhələdə Azərbaycan daim üçtərəfli bəyanatların tam həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması mövqeyindən çıxış edib. Bütün bunların fonunda Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlar bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq imkanlarına zərbə vurur. Digər tərəfdən, Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq olması da qəbulolunmazdır. Azərbaycan bu məsələlərlə bağlı Ermənistana dəfələrlə xəbərdarlıq edib. Hesab edirəm ki, qarşı tərəf bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Əks halda, Ermənistanın razılaşmalara əməl etməsi üçün məcburetmə mexanizmləri tətbiq oluna bilər”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

