Qırmızı xətlər aşıldı...
07.12.2021 [10:17]
Ukrayna məsələsində gərginlik artır
Putin-Bayden görüşü müharibənin qarşısını alacaqmı?
Pərviz Sadayoğlu
Rusiyanın Ukrayna sərhədinə ordu çıxarması bu ölkə ilə ABŞ arasındakı gərginliyi daha da artırıb. Ekspertlər qeyd edirlər ki, iki dövlət arasındakı mövcud problemlərin danışıqlar yolu ilə həlli daha da çətinləşib. Artıq hər iki dövlət qarşı tərəflə ultimatum dili ilə danışmağa üstünlük verir. Bu arada, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı görüşün də detalları tam bəlli olub. Dövlət başçıları Ukrayna məsələsi ilə əlaqədar gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər. Bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Rusiya - NATO qarşıdurması, əslində Rusiya-ABŞ qarşıdurması kimi anlaşılmalıdır. Ukrayna ilə bağlı məsələlərin gərgin fazaya qədəm qoyduğunu söyləyən politoloq vurğulayıb ki, bu, iki ölkə arasında müharibəyə gətirib çıxara bilər. Bunda isə dünya birliyinin də günahı yox deyil: “Dünya birliyi illərdir ki, Ukraynanın Şərqində baş verənlərlə bağlı qəti addımlar atmır, Ukrayna ilə Rusiya arasında vasitəçilik missiyasını lazımi şəkildə yerinə yetirə bilmir. Beynəlxalq aləm vaxtilə Azərbaycanda olduğu kimi, Ukraynada da status-kvonun saxlanmasını istəyir. Artıq proses o yerə gəlib çatıb ki, Qara dəniz ətrafında toqquşmaların olması gözləniləndir. Faktiki olaraq ABŞ-ın, NATO-nun hərbi gəmilərinin və təyyarələrinin Rusiya sərhədlərinin yaxınlığında hərəkətinin şahidi oluruq. Bu isə ABŞ və Rusiya arasında hərbi toqquşmanı labüd edir. Düşünürəm ki, Rusiya və ABŞ liderləri arasında davam edən dialoq və baş tutacaq telefon danışığı bir çox məsələlərin aydınlığa qovuşmasına kömək göstərəcək. Bu məsələlərə aydınlıq gələndən sonra tərəflər arasında münasibətlərin mülayimləşməsinin şahidi ola bilərik”.
Z.Məmmədovun fikrincə, ABŞ-ın, NATO-nun Şərqi Avropada güclənməsindən sonra növbənin Qara dəniz ətrafı bölgələrə çatacağı gözlənilən idi. Belə ki, NATO-nun öz silahlarının bir qismini Almaniyadan çıxarıb Polşada yerləşdirməsi, Polşanı və Baltikyanı ölkələri Rusiyaya qarşı böyük bir cəbhəyə çevirməsi onun göstəricisi idi. “Artıq növbə Qara dənizin şimal və şərq hüdudlarına çatır. Yaxın vaxtlarda, hətta Cənubi Qafqazda da bu qarşıdurmanın təsirlərini hiss edə bilərik. Çünki Ukrayna məsələsi daha da aktivləşir. Hər iki dövlətin, eyni zamanda, separatçıların da öz qüvvələrini bölgəyə yığması ilə bağlı məlumatlar müharibənin hər an başlaya biləcəyini deməyə əsas verir. Rusiya tərəfinin açıqlamaları da onu göstərir ki, artıq Ağ Evə verilən qırmızı xətt keçilib”.
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

