/ / Ermənistan, ümumiyyətlə bu danışıqlar prosesini danışıq naminə davam etdirir, yoxsa sülhə nail olmaq istəyir?
Ermənistan, ümumiyyətlə bu danışıqlar prosesini danışıq naminə davam etdirir, yoxsa sülhə nail olmaq istəyir?
10.07.2010 [08:10]
Azərbaycan tərəfi Almatıda keçiriləcək ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılığını verib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil: “Görüş ya iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri görüşün dəqiq tarixi ilə bağlı bizə hələ məlumat verməyiblər”.
Madrid təklifləri verildikdən sonra, 2007-ci ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri arasında 9 görüş keçirildiyini xatırladan Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Prezidenti keçən ilin sonunda yeniləşmiş Madrid prinsiplərini ümumilikdə qəbul etdiyini bildirib: “Azərbaycan bu prinsiplər əsasında böyük saziş üzərində işə hazır olduğunu bəyan edib. Amma Ermənistan yenilənmiş Madrid təkliflərinə nə “hə”, nə də “yox” deyir”.
Prezidentlərin son görüşünün Sankt-Peterburqda keçirildiyini xatırladan nazir bildirib ki, həm Rusiya prezidenti Dmitri Medvedev, həm də xarici işlər naziri Sergey Lavrov iki tərəfin mövqelərinin yaxınlaşmasını, sülh sazişi ilə bağlı ortaq məxrəcə gəlinməsini istəyiblər. Nazir aparılan danışıqların müzakirə mövzularına da toxunub: “Biz ümid edirdik ki, artıq bu məsələ tarixdə qalıb. Razılığa gəlmişik ki, Kəlbəcər və Laçın beş il ərzində Azərbaycan hökumətinin inzibati nəzarəti altına düşür. Ermənistan tərəfi isə bu məsələ ətrafında müzakirələri davam etdirmək istəyir. Mən gözləyirəm ki, Almatıda ilk növbədə bu məsələ ilə məşğul olacağıq. Bizdə də, həmsədrlərdə də belə inam var ki, artıq bu məsələ ətrafında razılığa gəlinib. Kəlbəcər və Laçın heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb və ona görə də bu bölgələr birmənalı olaraq 5 rayonla birlikdə Azərbaycanın inzibati nəzarətinə keçməlidir. Mövqeyimiz belədir ki, Dağlıq Qarabağ ətrafındakı beş rayon birinci mərhələdə, təhlükəsizlik baxımından isə Kəlbəcər və Laçın isə 5 il ərzində nəzarətimizə keçməlidir”.
Nazir Kəlbəcər və Laçının işğaldan azad olunması ilə bağlı danışıqların tarixçəsi barədə bəzi məqamları açıqlayıb: “Robert Köçəryan Ermənistan prezidenti olarkən, bu iki rayonun 10 il sonra qaytarılmasını təklif edirdi, Azərbaycan isə həmin rayonların sülh sazişi imzalandıqdan sonra bir il müddətində qaytarılmasını istəyirdi. Serj Sərkisyan bu müddəti 7 il olaraq təklif etdi, biz isə 3 il dedik. Vasitəçilər ortaq məxrəcə gələrək Laçın və Kəlbəcərin 5 il sonra işğaldan azad olunaraq Azərbaycanın inzibati nəzarətinə qaytarılmasını təklif etdilər və Azərbaycan tərəfi buna razılıq verdi. Biz inanırdıq ki, Ermənistan tərəfi də bu məsələnin beş il ərzində öz həllini tapmasına razı olacaq. Lakin prezidentlərin Soçi görüşündən sonra Sankt-Peterburqda bu məsələ Ermənistan tərəfindən yenidən qaldırıb. Ona görə Almatıda çox güman ki, bu məsələ yenə müzakirə olunacaq. Mənim üçün bunu başa düşmək çox vacibdir - Ermənistan, ümumiyyətlə bu danışıqlar prosesini danışıq naminə davam etdirir, yoxsa sülhə nail olmaq istəyir?”
Elmar Məmmədyarov Ermənistan tərəfinin danışıqlarda Dağlıq Qarabağın erməni icmasının təhlükəsizlik məsələsini qaldırdığını deyib: “Biz isə deyirik ki, erməni icmasının üzvləri də Azərbaycan vətəndaşlarıdır və hər bir vətəndaş kimi onların da təhlükəsizliyi hərtərəfli təmin olunmalıdır. Sözsüz ki, Dağlıq Qarabağın Azərbaycan icmasının təhlükəsizliyi də qorunmalıdır. Bu baxımdan biz Ermənistanın istəyini anlayırıq, amma anlamadığımız bir şey var - onlar nə istəyirlər? Danışıqları uzatmaq istəyirlər? Bu, qəbulolunmazdır. Hansısa anneksiya planını həyata keçirmək istəyirlər? Bu da qəbuledilməz bir məsələdir. Əgər Ermənistanla Dağlıq Qarabağın birləşməsini istəyirlərsə, bu da qəbul oluna bilməz. Cavabı axtarılan əsas sual budur - onlar sülh istəyirlər, yoxsa vaxt uzatmaq?”
Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun nə vaxt azad ediləcəyi ilə bağlı sualı cavablandıran E.Məmmədyarov deyib ki, sülh sazişi imzalandıqdan sonra dərhal Ermənistan qoşunları bu rayonlardan çıxmalıdır: “Ermənistan qoşunları saziş imzalanan gündən başlayaraq oranı tərk etməlidir. Bu, birmənalıdır və hazırda müzakirə olunmur”.
XİN başçısı Dağlıq Qarabağın yekun statusunun hansı yolla müəyyənləşəcəyi ilə bağlı sualı da cavablandırıb: “Ermənistan tərəfi referendumun keçirilməsini istəyir, Azərbaycan isə bildirib ki, Konstitusiyanın 3-cü maddəsinə əsasən referendum bütün ölkə ərazisində keçirilməlidir. Masada olan sənəd əsasında rəy sorğusu ilə bağlı xüsusi bir komitə yaranmalıdır. Orada Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, həmsədr ölkələr status məsələsinin hansı formada həll olunacağını müəyyənləşdirmək üçün konsensus şəkildə müzakirələr aparacaqlar. Bu sonrakı mərhələnin işidir. İndi bu, nə demokratik, nə hüquqi baxımdan mümkün deyil. Dağlıq Qarabağda etnik təmizləmə aparılıb. Azərbaycan icması geri qayıdandan sonra “Kalaşnikov” avtomatı altında rəy sorğusu keçirmək mümkün deyil, gərək tam şəkildə demokratik stabillik yaradılsın ki, əhali öz fikrini söyləsin. Biz inanırıq ki, Azərbaycanın işğal olunmuş torpaqları gec-tez azad olunacaq. Mənim buna heç bir şübhəm yoxdur. Münaqişə yalnız işğal edilmiş torpaqların azad olunması ilə həllini tapmır. Bəzi məsələlər yenə də qalacaq - Dağlıq Qarabağın statusu, kommunikasiyaların açılması və sair. Açıq şəkildə deyə bilərəm ki, bu bir prosesdir, bu prosesə başlamaq lazımdır, bunun üçün isə Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlardan çıxmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

