Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır
18.06.2010 [09:45]
Dünyanın ən nəhəng və əsas idman yarışı Olimpiya Oyunlarıdır. Bu yarış miqyasına, iştirakçı sayına, idman növlərinin rəngarəngliyinə, insanların marağına görə başqa heç bir turnirlə müqayisə oluna bilməz. Olimpiya yarışları artıq bir idman turniri olmaqdan çıxaraq, bütün dünyanı əhatə edən hərəkata çevrilib - sülh və həmrəylik hərəkatına. Ona görə Olimpiya Oyunları üçün “əsas iştirak etməkdir” devizi seçilib. Yəni, bu yarışda iştirak etmək, olimpiya hərəkatının bir üzvünə çevrilmək idmançı üçün böyük uğur və karyerasının ən yüksək zirvəsi sayılır. Olimpiya Oyunları kimi nəhəng turniri keçirmək hər ölkəyə nəsib olmur. çünki dünyanın demək olar ki, bütün ölkələrindən olan idmançıların, məşqçilərin, nümayəndə heyətlərinin, olimpiya komitələrinin təmsilçilərinin, tibbi və digər personalı, yüz minlərlə azarkeşi, qonaqları, dövlət başçılarını qəbul etmək asan məsələ deyil. Bunun üçün həmin ölkə bütün parametrlər üzrə inkişaf etmiş ölkə olmalıdır ki, həm bu qədər nümayəndələri qəbul edə bilsin, həm də ən əsası bu yarışları keçirmək üçün lazımi infrastruktura malik olsun. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xüsusi komissiyası seçim edərkən hər xırda detalı belə analiz etdikdən sonra rəyini açıqlayır. Ona görə də, Olimpiya Oyunları kimi yarışı qəbul etmək iddiasına çox dövlət düşmür. Əsasən dünyanın inkişaf etmiş, sayılan-seçilən dövlətləri ev sahibliyi iddiası ilə BOK-a müraciət edirlər və müraciət edən dövlətlərin siyahısında nadir halda dəyişiklik olur. Azərbaycanın Olimpiya Oyunlarını qəbul etmək iddiasını ortaya qoyması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Təkcə elə bu iddiada olmaq Azərbaycanın həm təbliğatı baxımdan əhəmiyyət daşıyır, həm də ölkəmizə müsbət imic qazandırır. Əvvəla, Azərbaycan Dünya Olimpiya hərəkatının fəal üzvüdür və bu məsələ BOK rəhbərliyi səviyyəsində dəfələrlə qeyd edilib. Azərbaycanın dövlət başçısı İlham Əliyevin başçılıq etdiyi Milli Olimpiya Komitəsinin fəaliyyəti bir neçə dəfə BOK rəhbərliyi tərəfindən digər komitələrə nümunə göstərilib. Yəni, Azərbaycan hərəkatın fəal üzvü kimi artıq BOK-da ən nüfuzlu üzvlərdən biri sayılır. Şübhəsiz ki, bu nüfuzun arxasında böyük iqtisadi-siyasi güc dayanmadan iddianı gerçəkləşdirmək mümkün deyil. Azərbaycanın nüfuzunun və iddiasının arxasında ölkədə müşahidə olunan böyük iqtisadi inkişaf dayanır. Dünyanın ən yüksək templə inkişaf edən ölkəsi olan Azərbaycan Olimpiya Oyunlarını qəbul etmək üçün lazım olan iqtisadi və siyasi gücə malikdir. ölkədə hər sahədə müşahidə olunan inkişaf idman sahəsindən də yan keçməyib. Dövlət başçısı İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi ölkədə idmanın inkişaf etməsində, kütləviləşməsində böyük stimuldur.
Əgər bu gün Bakı Avropanın idman mərkəzi hesab edilirsə, bu səbəbsiz deyil. Bakıda bir-birinin ardınca keçirilən Dünya və Avropa çempionatları, A kateqoriyalı turnirlər, olimpiya lisenziya xarakterli yarışlar paytaxtımızı bütün dünyada idman mərkəzi kimi tanıdıb. Bu yarışları keçirmək artıq Azərbaycan üçün adi hala çevrilib. Bakıda bu yarışları qəbul etmək üçün lazım olan bütün infrastruktur yaradılıb. Müasir hava limanı, dünyanın ən tanınmış otelləri ilə rəqabət apara biləcək otel-mehmanxana kompleksləri, müasir yol-nəqliyyat sistemi, bütün texniki cihazlarla təmin edilmiş və beynəlxalq standartlara tam cavab verən idman arenaları və BOK ekspertlərinin xüsusi fikir verdiyi insanların idmana olan marağı Bakının iddiasının nə qədər ciddi olmasından xəbər verir. İdmanın, o cümlədən, lazımi infrastrukturun inkişafı Bakı ilə məhdudlaşmır. Bu gün Azərbaycanın bütün bölgələrində aparılan genişmiqyaslı işlər bölgələrimizi də cəlbedici yerə çevirib. Elə bunun nəticəsidir ki, bu gün Olimpiya lisenziya xarakterli turniri Bakıdan kənarda da keçirə bilirik. Demək olar ki, bütün bölgələrimizdə müasir otellər, idman qurğuları, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.
ölkəmiz 2016-cı il Yay Olimpiya Oyunlarını keçirmək üçün də namizədliyini irəli sürəndə çoxları bunu, sadəcə, təbliğat üçün atılmış addım kimi dəyərləndirirdi. Amma Bakının 2020-ci il üçün yenidən namizəd olması ölkəmizin bu məsələdə nə qədər ciddi olduğunu ortaya qoyur. Xatırladaq ki, 2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirməyə namizəd şəhərlərin adları açıqlanıb. Artıq 8 ölkə bu möhtəşəm turniri keçirmək uğrunda mübarizəyə başlayıb. Namizəd şəhərlər arasında Bakının da adı var. Paytaxtımıza rəqib isə Roma (İtaliya), Dehli (Hindistan), Tokio (Yaponiya), Toronto (Kanada), Paris (Fransa), Durban və Keyptaun (hər ikisi Cənubi Afrika Respublikası) şəhərləridir. Olimpiya-2020-yə ev sahibliyi etmək istəyən şəhərlərin seçim mərhələsi 2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə keçiriləcək konqresində müəyyənləşəcək. Unutmaq lazım deyil ki, yerləşdiyimiz coğrafi bölgədə Olimpiya Oyunlarını keçirmək iddiasını yalnız Rusiya və Türkiyə ortaya qoyub. Təkcə elə bu fakt göstərir ki, Olimpiya Oyunlarını qəbul etmək iddiasına düşmək hər dövlətin işi deyil. ölkəmizin inkişafı, gücü, nüfuzu imkan verir ki, Bakı Paris, Roma, Toronto, Tokio kimi böyük şəhərlərlə rəqabət aparsın. Azərbaycan böyük iqtisadi inkişafı, siyasi gücü, beynəlxalq nüfuzu ilə bu iddianı gerçəkləşdirmək və Olimpiya Oyunları kimi böyük idman bayramını Xəzərin sahilinə gətirmək iqtidarındadır.
ANAR
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

