Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağıstanda Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı olub

Dağıstanda Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı olub

17.06.2010 [12:10]

Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti dünən Dağıstana gedib. APA-nın “RİA Daqestan” agentliyinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə millət vəkilləri, Dağıstanla sərhəd olan rayonların rəhbərləri daxildir. Səfərin məqsədi Dağıstanın dövlət xadimi Maqomedali Maqomedovun 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdir. Nümayəndə heyəti Dərbənd rayonunun Cemikent kəndində Ulu öndər Heydər Əliyevin abidəsinin rəsmi açılış mərasimində iştirak edib, Onun adını daşıyan muzey və məktəblə tanış olub.
Dərbənd rayonunun başçısı Qurban Qurbanov Ulu öndər Heydər Əliyevi beynəlmiləl lider adlandırıb, Onun Dağıstanla Azərbaycan arasında dostluğu möhkəmləndirmək üçün çox iş gördüyünü deyib. E.Əfəndiyev isə bildirib ki, Ulu öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, ölkədən kənarda yaşayan bütün azərbaycanlıların rəhbəri olub.

Paylaş:
Baxılıb: 1209 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31