Şirvanşahlar Sarayı - dünya əhəmiyyətli memarlıq incisi
12.06.2010 [02:52]
“Daşlar üzərində donub qalmış simfoniya”, “Yatmış qu quşu”, “Xəzər dənizinin mirvarisi” kimi epitetlərə malik, dövlətçilik rəmzimiz olan Şirvanşahlar Sarayı, əcdadlarımızın açar formasında ucaltdıqları məğlubedilməzlik rəmzi, özündə əsrlərdən bəri qoruyub saxladığı sirləri ilə ətrafdakıları düşündürən, göz oxşayan Qız Qalamız dünya memarlıq sənətinin nadir inciləri kimi hələ 2000-ci ildə İçərişəhərin tərkibində YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Hazırda Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 217 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda fəaliyyət göstərir. Fərmanın imzalandığı vaxtdan isə Şirvanşahlar Sarayı Kompleksinin tarixində yeni bir səhifə açılıb.
İlk növbədə, Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fondlarında mühafizə edilən muzeyqiymətli əşyaların inventarlaşdırılması həyata keçirilib. Bundan əlavə, xüsusi olaraq yaradılan komissiya tərəfindən qoruq-muzeyin bilavasitə turistlərlə işləyən elmi heyətinin bilik səviyyəsi yoxlanılıb, onların ekskursiya mətnləri dinlənilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi mədəni mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış yeni ekskursiya mətn layihəsinin müzakirələri keçirilib. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyində İçərişəhər Məlumat Mərkəzinin audio-bələdçi avadanlıqlarının istifadəyə verilməsi isə ekskursiya xidmətimizin beynəlxalq standartlara yaxınlaşmasına yardım edib. Bütün bunların nəticəsidir ki, ekskursantlara göstərilən mədəni xidmətin səviyyəsi yüksəlib, qoruq-muzeyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, cari ilin I rübü ərzində Şirvanşahlar Sarayı və Qız Qalasında 36382 nəfərə mədəni xidmət göstərilib.
Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fond materiallarından incilər” adlı stasionar sərginin hazırlanması məqsədi ilə bu ilin aprel ayında qoruq-muzeydə çoxşaxəli işlər aparılıb; ekspozisiyaların hazırlanması məqsədilə qoruq-muzeyin fondlarından Azərbaycan xalqının tarix və mədəniyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri seçilərək fotofiksasiya edilib, onların elmi pasportları öyrənilib. Həmçinin, muzeyqiymətli əşyaların ekspozisiyalarda yerləşdirilməsi məqsədilə müvafiq otaqlar ayrılıb, eksponatların düzülməsinə görə muzey dolablarının eskiz variantları, mövzu-ekspozisiya planı, ekskursiya marşrutu, mövzular üzrə annotasiyalar, ekspozisiyanın açılışı üçün press-reliz və sərginin ekskursiya mətni işlənib hazırlanıb. Bütün bu işlərlə paralel olaraq, ekspozisiya qurulacaq zallarda cari təmir işləri də görülübş, o cümlədən, interyerin gəc və emulsiya qatı tökülmüş hissələri bərpa edilib, siqnalizasiya xətləri tənzimlənib, müşahidə kameralarının sayı artırılıb, yanğından mühafizə qurğuları işlək vəziyyətə gətirilib, işıqlandırma sistemi tamamilə dəyişdirilərək müasir standartlara uyğun çəkilib. Hazırda isə sarayın dam örtüyünün hidroizolyasiyası bərpa edilir.
2010-cu il may ayının 10-da ümummilli lider Heydər Əliyevin doğum günündə, Beynəlxalq Muzeylər günü ərəfəsində Şirvanşahlar Sarayı qoruq-muzeyinin fond incilərindən” adlı yeni ekspozisiyanın təqdimat mərasimi keçirilib. Altı zalda yerləşdirilən yeni ekspozisiyada fondun 300-ə yaxın tətbiqi-sənət nümunəsi nümayişə qoyulub. Sərgidə, həmçinin, fond saxlanclarından misgərlik, ağac, xalça və xalça məmulatları, tikmə və geyim, arxeoloji və numizmatik nümunələr, Bakının XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edən açıqcaları, görkəmli memar-rəssam H.Ələkbərovun akvarel boya ilə işlədiyi 21 əsəri, Şirvanşahlar Sarayının XIX əsrin sonu - XX əsrin əvvəllərində çəkilmiş illüstrasiya və fotoları nümayiş olunur.
Sərginin açılmasında əsas məqsəd köklü tarixə, zəngin mədəniyyətə malik xalqımızın mədəni irsini geniş auditoriya qarşısında layiqincə təbliğ etmək olub. Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq qoruq-muzeyinin fond materiallarından ibarət və Azərbaycan xalqının etnoqrafiyasına sanki bir səyahət olan bu sərginin fəaliyyəti ilə əlaqədar qoruq-muzeyə gələnlərin sayı kəskin surətdə artıb, mədəni irsimizə maraq xeyli çoxalıb.
Qısa bir zaman kəsiyində genişmiqyaslı yeni ekspozisiyanın hazırlıq işləri ilə yanaşı, bir-birindən məsuliyyətli kütləvi tədbirlər də həyata keçirilib. “Əbədi muğam” layihəsi çərçivəsində hər çərşənbə qoruq-muzeydə keçirilən muğam axşamları, fevralın 23-də Xocalı soyqırımına həsr edilmiş “Cavab ver”, “18 Aprel Beynəlxalq abidələr və görməli yerlər günü” münasibəti ilə keçirdiyimiz ədəbi-bədii kompozisiya, YUNESKO tərəfindən dünyanın qeyri-maddi, mədəni irsi kimi tanınmış Novruz bayramına həsr etdiyimiz “Bahar sevincləri” adlı tədbirlərimiz məhz belələrindəndir.
Tarixi keçmişimizə olan marağın artırılması, mədəni irsimizin təbliği məqsədilə görülən işlərin sistematik şəkil alması istiqamətində Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fəaliyyəti bundan sonra da davam etdiriləcək.
Rəna RZAYEVA
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

