/ / Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafı müzakirə olunub
Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafı müzakirə olunub
09.09.2021 [09:05]
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Estoniya parlamentinin - Riiqikoqun sədri Yuri Ratas ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud durumu barədə danışıb. O, Azərbaycan və Estoniyanın öz müstəqilliklərini elan etdikdən sonra bir çox sahələr üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirib. S.Qafarova ötən illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə və Riiqikoqda parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. O, bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Milli Məclisin sədri görüşdə estoniyalı həmkarına 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə də məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirdiyini bildirib. Milli Məclisin sədri Azərbaycanın bölgədə uzunmüddətli sülhü, sabitliyi və təhlükəsizliyi bərpa etməkdə qərarlı olduğunu vurğulayıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın bütün sülhsevər addımlarına baxmayaraq, Ermənistan hələ də təxribatlarını davam etdirir və sülhə, sabitliyə əngəl törədir.
Görüşdə Estoniya parlamentinin sədri Yuri Ratas dostluq və qarşılıqlı marağa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın qurulmasından danışıb. O, parlamentlərarası əlaqələrin yeni müstəvidə daha da inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.
Görüşdə parlament sədrləri bir-birini qarşılıqlı səfərlərə dəvət ediblər.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

