Milli Məclisin sədri Sahibə Qafarova Latviya Parlamentinin sədri İnara Murniyetse ilə görüşüb
07.09.2021 [09:28]
Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada Latviya Parlamentinin sədri İnara Murniyetse ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, həmkarını səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova Azərbaycanın dost və strateji tərəfdaş Latviya ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb və ötən dövrdə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilib. Sahibə Qafarova ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq, ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir.
Spiker S.Qafarova Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əməkdaşlıqdan danışaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Milli Məclisin sədri latviyalı həmkarına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında məlumat verərək deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Spiker Sahibə Qafarova Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv olunub. Sahibə Qafarova Ermənistanın regionda davamlı sülhün təmin olunmasına mane olan təxribatçı hərəkətləri barədə də məlumat verib.
Latviya Parlamentinin sədri İnara Murniyetse də öz növbəsində Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, Latviyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.
İnara Murniyetse beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, ölkələrimizin qanunverici orqanları arasında münasibətlərdən bəhs edib, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri barədə danışıb. O, bu əlaqələrin yüksələn dinamika üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

