/ / YAP tərəfindən Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır
YAP tərəfindən Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır
11.06.2010 [02:15]
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən millət vəkilləri tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub. Bu təklifləri özündə birləşdirən qanun layihəsi iyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Qeyd edək ki, Seçki Məcəlləsinə, əsasən iki əlavə və dəyişikliyin edilməsi təklif olunur. Bunlardan biri seçki müddətinin 75 gündən 60 günə qədər endirilməsi, ikinci təklif isə seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılmasının Məcəllədən çıxarılması ilə bağlıdır. İrəli sürülən bu təkliflər beynəlxalq təcrübəyə əsaslanmaqla seçki praktikasının təkmilləşdirilməsinə xidmət edir.
Sözügedən qanun layihəsinə diqqət yetirsək görərik ki, seçki prosesini səmərəli və məsuliyyətli şəkildə həyata keçirmək üçün kifayət qədər imkanlar yaradılır. Seçki Məcəlləsinin 8.1-ci maddəsində seçki müddətinin azaldılması ilə bağlı edilən təklif paralel olaraq digər maddələrdə də dəyişiklik zərurəti yaradır. Belə ki, seçki müddəti 75 gündən 60 günə qədər azaldıldığından, təbliğat müddəti də 28 gündən 23 günədək azaldılır. Təkliflərdə deyilir: “Seçki dairələri seçkilərin (referendum) keçirilməsindən bilavasitə əvvəl yaradılarsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə ən azı 50 gün qalmış dərc edilməlidir. Bu müddət sənədin mövcud variantında müvafiq olaraq 70 və 65 gün göstərilir. Dairə seçki komissiyaları isə seçkilərdən əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün (mövcud variantda 60 gün) qalmış təşkil edilməlidir. Hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçicilər haqqında məlumat səsvermə gününə azı 20 gün (mövcud variantda 25) qalmış seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün (mövcud variantda 10 gün) müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Namizədlərin səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50, ən azı 30 gün (mövcud variantda 65 və 40 gün) qalmış saat 18.00-dək müvafiq seçki komissiyalarına sənədlərini təqdim etməlidir. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 35 gün (mövcud variantda 45) qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına sənədlərini təqdim etməlidirlər. Təşviqat qruplarının qeydə alınması üçün ayrılan vaxtın da eynilə 10 gündən 7 günə qədər azaldılması təklif olunur. Namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış (mövcud variantda 25 gün) müvafiq dövri nəşrlərdə dərc olunur”.
Hazırda Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər gündəmin əsas mövzusuna çevrilib. Müxalifət partiyaları ənənələrinə sadiq qalaraq bu dəyişikliklərin guya demokratiyaya uyğun olmadığını iddia edirlər. Onların iddiasına görə, guya ümumilikdə seçki kampaniyasının müddətinin qısaldılması seçkidə iştirak edən tərəflərin imkanlarını məhdudlaşdırır. Amma həmin məsələ ilə bağlı beynəlxalq təcrübəyə istinad etdikdə, bu, müxalifət düşərgəsinə sərf etmir. Məlumdur ki, qarşı düşərgənin əsas istinad nöqtələrindən biri Qərb dövlətləridir. Məhz həmin ölkələrin təcrübəsinə nəzər salsaq, seçki kampaniyasının müddətinin 60 gündən çox olmadığını görərik. Məsələn, Almaniyada, Böyük Britaniyada, Fransada, İspaniyada seçki kampaniyasının müddəti 60 gündür. Bəzi Şərqi Avropa ölkələrində isə bu müddət daha aşağıdır. Bunlardan Macarıstanda seçki müddəti 45 gündür.
Əlbəttə, belə faktların əhatəsini daha da genişləndirmək olar. Bütün bunlar da müxalifətin arqumentlərinin tamamilə əsassız olduğunu təsdiqləyir. ümumiyyətlə, həmişə olduğu kimi, bu dəfə də müxalifət partiyaları yalnız sözçülükdən uzağa gedə bilmir.
Seçki Məcəlləsi qəbul edildiyi zaman seçki kampaniyasının müddəti 120 gün nəzərdə tutulurdu. Amma vaxt keçdikcə, seçki orqanlarında təcrübə artdıqca qanunvericilikdə də təkmilləşdirmənin aparılması zərurətə çevrilir. Məcəllənin qəbul edildiyi zamandan hər seçki ərəfəsində bu sənədə dəyişikliklərin edilməsi buna sübutdur. Konkret olaraq müddət məsələsinə gəlincə, hələ 2008-ci il prezident seçkiləri ərəfəsində YAP tərəfindən seçki müddətinin 120 gündən 60 günə endirilməsi təklifi irəli sürülmüşdü. Amma o zaman birdən-birə həmin müddət yox, 75 gün olması qərara alındı. Təbii ki, ötən iki il ərzində seçki təcrübəsi artdıqca beynəlxalq praktikanın daha da geniş tətbiqinə imkan yaranır.
YAP-dan fərqli olaraq isə bəzi müxalifət partiyaları seçkini pozmağa xidmət edən təkliflər verir. Bu da seçki komissiyalarının iqtidar və müxalifətdən ibarət paritet əsasda formalaşdırılmasıdır. Belə ki, müxaliflər bunu demokratiklik kimi göstərməyə çalışsa da, əslində, “seçki bazarlığına” getmək və bütövlükdə seçki prosesini pozmaq üçün bu təklif ən “optimal” variantdır. Əgər bu təklif reallaşsa, seçkilərin nəticələri seçicilərin iradəsi əsasında deyil, həmin komissiyaların mövqeyi ilə müəyyənləşəcək. Təbii ki, məhz buna görə də, Azərbaycan iqtidarı buna getməyəcəyini dəfələrlə bəyan edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

