Ermənistanda siyasi qarşıdurma hökm sürür
26.08.2021 [09:50]
Ötən hər gün bir daha təsdiqləyir ki, Ermənistan üçün rüsvayçı məğlubiyyətlə başa çatan 44 günlük müharibədən sonra bu ölkə düşdüyü bataqlıqdan çıxmaq gücündə deyil. Üç onillik ərzində işğalçılıq siyasətini davam etdirən Ermənistanın müharibədən sonrakı vəziyyətini dəyərləndirən ekspertlər bildirirlər ki, hazırda bu ölkə olduqca acınacaqlı durumdadır. Sosial-iqtisadi tənəzzüllə yanaşı, N.Paşinyanın komandasını təmsil edən hakimiyyətdəki qüvvələrlə müxalifət təmsilçiləri arasında ziddiyyətlər dərinləşir, siyasi qarşıdurma güclənir. Təbii ki, hakim komanda ölkədə bütün sahələrdə çöküşü müxtəlif vədlərlə ört-basdır etməyə çalışır, müxalifəti aranı qatmaqda ittiham edir. Müxalif qüvvələr isə cəmiyyəti möcüzə baş verəcəyinə və Ermənistanın yaxın gələcəkdə ağır problemlərdən qurtulacağı barədə vədlərə inanmamağa çağırırlar. Bütün bunlar isə ona dəlalət edir ki, məğlub ölkə konsensusdan, vətəndaş həmrəyliyindən, qanunların aliliyinin bərqərar olmasından və sabitlikdən çox uzaq məsafədə dayanır.
Yeri gəlmişkən, bu günlərdə Ermənistan parlamentində yaşananlar da bu ölkənin mənzərəsini lakumus kağızı kimi aydın şəkildə əks etdirir. Bu haqda verilən məlumatlardan bəlli olur ki, yeni formalaşan parlamentdə kəskin ixtilaflar yaşanır, müxtəlif fraksiyaların təmsilçiləri bir-birilərinin dediklərini, yumşaq desək, sinirə bilmirlər. Ermənistan parlamentində son qarşıdurma baş nazir N.Paşinyanın hökumətin proqramını təqdim etməsi zəminində baş verib. Əvvəlcə “Şərəfim var” fraksiyasından olan parlament üzvləri iclas zalını nümayişkaranə şəkildə tərk ediblər. Onlar zala qayıtdıqdan sonra fraksiya təmsilçisi Anna Mkrtçyanın “Paşinyan özü ilə çoxlu sayda mühafizəçi gətirib” məzmunlu açıqlama verməsi zalda “Vətəndaş müqaviləsi” hakim fraksiyasının üzvlərinin etiraz nidaları ilə qarşılanıb. Anna Mkrtçyan onların etirazlarına “kapitulyantlara fikir verməyin” cavabı ilə qarşılıq verib. Bundan sonra hadisələr müxtəlif fraksiyalardan olan deputatların əlbəyaxa davaya çıxmaları ilə nəticələnib. Onlar bir-birlərinə nalayiq ifadələr işlətməkdən belə çəkinməyiblər.
Bütün bunlar Ermənistandakı siyasi qeyri-müəyyənlik barədə konkret təsəvvür yaradır. Reallıq budur ki, məğlub ölkədə siyasi qarşıdurma səngimir və ictimai-siyasi vəziyyət olduqca gərgindir
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

