Abutalıb Səmədov: Bu gün bütün dünya bilir ki, erməni ordusu yoxdur, tamamilə məhv edilib
20.08.2021 [10:08]
“İkinci Qarabağ müharibəsi təkcə Ermənistanın sarsıdıcı məğlubiyyəti və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatmadı. Bu müharibə, eyni zamanda, erməni uydurmalarının, erməni mifologiyasının tamamilə məhv olması, sıradan çıxması ilə də tarixə düşdü. Uzun illər ərzində “hərbi qələbə”ləri ilə öyünən ermənilərin uydurduqları “yenilməz ordu” mifini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində darmadağın etdi”.
Bu fikirləri qəzetimizə açıqlamasın
da Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Azərbaycan Prezidentinin Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirən A.Səmədov deyib ki, dövlət başçısı haqlı olaraq Azərbaycan Ordusunun “qəhrəman erməni əsgəri” barədə mifin puçluğunu qısa müddətdə bütün dünyaya sübut etdiyini vurğulayıb: “Bu gün bütün dünya bilir ki, erməni ordusu yoxdur, tamamilə məhv edilib. Ermənilərin özləri etiraf etmək məcburiyyətində qaldılar ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olub. Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacaqları barədə absurd fikrə düşən və ətrafdakıları inandırmağa çalışan ermənilər gördülər ki, xalqımız işğal faktı ilə heç vaxt barışmayıb, torpaqlarımızı işğalçılardan azad etmək üçün hər cür fədakarlığa hazırdır”.
Partiya sədrinin sözlərinə görə, Vətən müharibəsindən sonra üzə çıxan daha bir dəhşətli erməni yalanının üzərində, xüsusilə dayanan Azərbaycan Prezidenti bildirdi ki, “ermənilərin uzun illər yaydıqları miflərdən biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib”.
A.Səmədov qeyd edib ki, yerlə-yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş məscidlər düşmənin əsl simasını göstərir: “Digər tərəfdən, xarici ölkə diplomatları, jurnalistləri, beynəlxalq təşkilatların nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə səfər edərək erməni vəhşiliyini, erməni ləyaqətsizliyini öz gözləri ilə görmək və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edirlər”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14

