Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05.08.2021 [08:53]
“Son günlər bəzi media orqanlarında yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, həmçinin Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Hesab edirəm ki, Azərbaycanda hakimiyyətin bütün qolları bir-biri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və ölkəmizdə dövlət idarəçiliyi yüksək səviyyədədir”.
Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.
A.Əlizadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib, islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. İslahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir.
“Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub. Düşünürəm ki, indiki halda parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və buna əsas yoxdur. Bu müəyyən dairələr tərəfindən məqsədli şəkildə ortaya atılmış məsələdir”, - deyə AMİP sədri qeyd edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01

