Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
17.07.2021 [09:26]
Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan respublikamıza Hərəkata əlavə bir il də sədrlik etməsi barədə müraciəti ölkəmizə olan inam və etimadın növbəti nümunəsidir
Məlum olduğu kimi, iyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) Xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda aralıq konfransı keçirilib. Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat verərib. Dövlətimizin başçısı Azərbaycan Respublikasının quruma sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Dövlətimizin başçısının çıxışından sonra Azərbaycan Respublikasının QH-yə indiyə qədər sədrlik etdiyi 21 ay ərzində görülmüş işlərə dair hesabat səsləndirilib.
Onu da qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi bir il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin respublikamızın təşkilata əlavə bir il də sədrlik etməsi barədə müraciətini müsbət cavablandırıb. Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır: “Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Ölkəmizin təşkilata sədrliyinin bir il artırılması Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür”.
“Məlumdur ki, Azərbaycan QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun artırılması, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin maraqlarının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün böyük səylər göstərib. Eləcə də pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək öz sədrliyini müvəffəqiyyətlə həyata keçirir ki, bütün bunlar Qoşulmama Hərəkatının üzvləri tərəfindən yüksək dəyərləndirilir. Eyni zamanda, Azərbaycanın təşkilata üzv olan bir sıra ölkələrə pandemiyaya qarşı mübarizə çərçivəsində yardım göstərməsi də xüsusi vurğulanmalıdır. Bu mənada, ölkəmizin təşkilata sədrliyinin daha bir il artırılması tamamilə düzgün qərardır”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasətini perspektivdə də davam etdirəcək.
Milli Məclisin deputatı Cavid Osmanov isə deyib ki, iyulun 13-14-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında Azərbaycanın təşkilata sədrliyinin yüksək qiymətləndirilməsi bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir: “Düşünürəm ki, ölkəmizin təşkilata sədrliyinin bir il uzadılması Prezident İlham Əliyevin uğurlu siyasətinin real nəticəsidir. Təsadüfi deyil ki, sözügedən konfransda qəbul olunmuş Siyasi Bəyannamədə də Qoşulmama Hərəkatının gündəliyində duran aktual məsələlərlə bağlı Hərəkata üzv dövlətlərin mövqeyinin ifadə edilməsi ilə yanaşı, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir sıra bəndlər də yer alır. Belə ki, təşkilatın üzv dövlətləri sözügedən Siyasi Bəyannamə vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirir və qlobal miqyasda belə bir mürəkkəb dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan bir il artıq - 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycana minnətdarlıq ifadə edirlər”.
Millət vəkili qeyd edib ki, Bəyannamədə, həmçinin təşkilatın Sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra uğurlu tədbirlər, o cümlədən 2020-ci il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü formatında iclası, Avropa İttifaqının rəhbərlərinin bu iclasda iştirakı, dekabrın 3-4-də keçirilən BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair 2021-ci il 22 mart tarixli qətnamə qəbul etməsi alqışlanır. Təşkilatın tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatı Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə yüksək qiymətləndirilir. Bütün bunlar Azərbaycan diplomatiyasının böyük nailiyyətləridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25

