Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22.06.2021 [09:06]
2016-cı ilin aprelində Ermənistanın Azərbaycan Ordusunun qarşısında məğlubiyyətə uğraması Serj Sarkisyan rejiminin sonu olduğu kimi, 2020-ci ildəki Vətən müharibəsində ölkəmizin tarixi qələbəsi revanşist bəyanatlarla çıxış edən cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik qapatdı
Məlum olduğu kimi, son 18 ildə Prezident İlham Əliyevin yürütdüyü müstəqil və milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan Respublikası güclü orduya və iqtisadiyyata malik qüdrətli dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bunun nəticəsində ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkə kimi özünü təsdiq edib.
Eyni zamanda, Azərbaycanın ötən müddət ərzində həyata keçirdiyi təcrid siyasəti işğalçı Ermənistanın regionun siyasi və iqtisadi həyatından kənarda qalmasına, iqtisadiyyatının çökməsinə, əhalinin sosial durumunun ağırlaşmasına, xarici yardımdan asılı vəziyyətə düşməsinə gətirib çıxarıb.
Qeyd etmək yerinə düşər ki, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verib. Bununla da Ermənistan beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirib. Eyni zamanda, ciddi sosial-iqtisadi problemlər Ermənistan cəmiyyətini ayağa qalxmağa, R.Koçaryan-S.Sarkisyan cinayətkar cütlüyünün simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən hərbi xunta rejimini tarixin arxivinə göndərməyə məcbur edib.
Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr işğalçılıq siyasətindən imtina etməsələr də, Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə bunun bariz nümunəsidir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistanda mövcud hakimiyyətə qarşı etiraz aksiyaları və siyasi təzyiqlər Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə getməyə vadar etdi. Lakin Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək fikrində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil.
Ümumiyyətlə, bu nəticə onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev elə bir düşünülmüş və uzaqgörən siyasət aparır ki, vaxtilə torpaqlarımızın işğalında, o cümlədən Xocalı soyqırımının törədilməsində iştirak edən R.Koçaryan və S.Sarkisyan təkcə hərb meydanında deyil, həm də siyasi meydanda darmadağın olmağa məhkumdurlar. Bu məqamda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə ilk səfərlərindən birində ifadə etdiyi “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” fikirləri xatırlatmaq yerinə düşər.
Qeyd edildiyi kimi, parlament seçkilərinin nəticələri göstərdi ki, məğlubiyyətdən sonra demoralizə olunan erməni xalqı artıq müharibədən bezib və revanşist meyillərə “yox” deyir. Bu mənzərədən belə bir nəticə çıxarmaq mümkündür ki, 2016-cı ilin aprelində Ermənistanın Azərbaycan Ordusunun qarşısında məğlubiyyətə uğraması Serj Sarkisyan rejiminin sonu olduğu kimi, 2020-ci ildəki Vətən müharibəsində ölkəmizin tarixi qələbəsi revanşist bəyanatlarla çıxış edən cinayətkarların hakimiyyətə qayıdış yolunu birdəfəlik qapatdı. Belə ki, revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Bütün dünya və Ermənistan cəmiyyəti də gördü ki, artıq onların heç bir siyasi perspektivi yoxdur.
Yeri gəlmişkən, 20 iyun seçkilərinin nəticələrini, eyni zamanda, Qərbin Ermənistanda əldə etdiyi qələbə hesab etmək olar. Çünki Nikol Paşinyanın Qərblə sıx təmaslara və münasibətlərə malik olması və hakimiyyətdə olduğu son 3 ildə Soros fondunun diktəsi ilə hərəkət etdiyi heç kimə sirr deyil. Rusiya isə Robert Koçaryana hər cür dəstək göstərsə belə, onu hakimiyyətə qaytarmaq mümkün olmadı. Bu məqamda, təkcə onu xatırlatmaq kifayət edər ki, seçki ərəfəsində Rusiya mediası qapılarını məhz R.Koçaryanın rəhbəri olduğu “Ermənistan” blokuna geniş açmışdı və ona hərtərəfli dəstək verirdi. Həmin dövrdə Rusiya mediasında anti-Azərbaycan ritorikasının güclənməsi də məhz bu səbəbdən qaynaqlanırdı. Göründüyü kimi, sabiqlərin hakimiyyətə qaytarılması cəhdləri heç bir nəticə verməyib.
Nəhayət, seçkidə indiki hakimiyyətin qalib gəlməsindən sonra qarşıdakı dövrdə Ermənistanın qonşulara münasibətdə hansı mövqedən çıxış edəcəyi də aktual məsələdir. Daha doğrusu, indiki məqamda Ermənistan üçün hər şey 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlara Paşinyan hakimiyyətinin adekvat reaksiyasından asılı olacaq. Azərbaycan və Türkiyə prezidentlərinin də dəfələrlə vurğuladıqları kimi, qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, bu ölkə formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

