Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22.06.2021 [08:50]
Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycanın Müttəfiqlik münasibətləri haqqında Bəyannəməyə dəstək nümayiş etdirməsi və buna dair birgə bəyanat qəbul etməsi milli birliyimizin növbəti nümunəsidir. Təəssüfləndirici haldır ki, hələ 44 günlük müharibə dövründə özünü siyasi həmrəylikdən kənarda saxlayan AXCP və Müsavat Partiyası Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların birgə bəyanatına qoşulmayaraq növbəti dəfə xəyanətkar mövqelərini cəmiyyətə nümayiş etdirdilər. Bu fakt bir daha həmin siyasi təşkilatların dövlət, xalq maraqlarından deyil, şəxsi mənafedən çıxış etdiklərini, eləcə də fərqli xarici dairələrin sifarişləri ilə idarə olunduqlarını sübuta yetirir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib ki, 48 siyasi partiyanın Şuşa Bəyannaməsi ilə bağlı birgə bəyanat imzalaması xalqın birliyinin real nümunəsi, dövlətin uğurlu siyasətinə dəstəyin göstəricisidir: “Siyasi partiyaların birgə Bəyanatına imza atmayan partiya rəhbərləri hər zamankı kimi özlərinin şəxsi ambisiyalarını və hakimiyyət maraqlarını üstün tutublar. Əfsuslar olsun ki, istər Vətən müharibəsi zamanı, istərsə də Şuşa Bəyannaməsinə dəstək ifadə edilən zaman bir qrup marginal dəstə özlərini yenə kənara çəkdilər. İşləri yalnız Azərbaycanı qaralamağa çalışmaq olan bu qüvvələr, görəsən, nə istəyirlər? Onların başıpozuq hakimiyyəti nəticəsində ərazilərimiz itirilmiş, həmin vaxtlarda Azərbaycan dövlətinin mövcudluğu sual altına düşmüşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu marginallar isə hər vəchlə Qələbəmizə kölgə salmağa çalışır, absurd iddialar səsləndirirlər. Hələ də başa düşmürlər ki, Azərbaycan xalqı onları tarixin arxivinə göndərib”.
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov isə bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır. R.Hüseynovun sözlərinə görə, istər Azərbaycan ictimaiyyəti, istərsə də Türkiyə cəmiyyəti bu Bəyannaməni böyük coşqu və sevinclə qarşılayır. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat qəbul edərək Şuşa Bəyannaməsini dəstəklədiyini bildirib: “İki partiyanın - AXCP ilə Müsavat Partiyasının bu bəyanatı imzalamaması isə onların növbəti dəfə xalqla, dövlətlə bir yerdə olmadıqlarının göstəricisidir. Ümumiyyətlə, bu hal ilk deyil. Ötən il dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatları baş verən zaman, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar dəfələrlə birgə bəyanatlar imzaladılar və xalqla, dövlətlə, ordu ilə birgə olduqlarını bildirdilər. Məhz bu iki partiya heç bir birgə bəyanata imza atmamaqla öz xəyanətkar mövqeyini açıq şəkildə ortaya qoydu. Azərbaycan cəmiyyəti bu partiyaların xarici sifarişlər əsasında hərəkət etməsinin növbəti dəfə şahidi oldu”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

