/ / Asim Mollazadə: Ermənistan beynəlxalq konvensiyalara görə cinayət hesab edilən ənənəvi müharibə üsullarından əl çəkmir
Asim Mollazadə: Ermənistan beynəlxalq konvensiyalara görə cinayət hesab edilən ənənəvi müharibə üsullarından əl çəkmir
10.06.2021 [12:49]
"Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə Ermənistana münasibətdə beynəlxalq təşkilatların hər hansı ciddi təzyiq və təsir göstərmələrinin şahidi olmamışıq. Beynəlxalq konvensiyaları ciddi şəkildə pozan Ermənistan ordusunun mülki əhalini hədəfə alması da beynəlxalq qurumların ötəri bəyanatlarından başqa, ciddi reaksiyalarla müşayiət olunmur".
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, uzun illər Azərbaycan torpaqlarını işğal edən, yüz minlərlə insanı öz torpaqlarında yaşamaq hüququndan məhrum edən, qətliam və soyqırımı törədən Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. O qeyd edib ki, beynəlxalq qurumlar Ermənistana təzyiq göstərməlidirlər: "Hətta BMT-nin Təhülkəszilik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı hər hansı əməli addımın atılmasının da şahidi olmamışıq. Bu etinasızlığın nəticəsidir ki, həmin 4 qətnamənin icrasını Azərbaycan 44 gün ərzində öz gücü hesabına həyata keçirib. Buna görə də Kəbəcərdə 3 nəfər şəxsin, o cümlədən 2 jurnalistin şəhid olması hadisəsindən sonra da hər hansı beynəlxalq qurumdan təəssüf dolu ifadələrdən başqa heç nə gözləmək mümkün deyil".
A.Mollazadə deyib ki, Ermənistan beynəlxalq konvensiyalara görə cinayət hesab edilən ənənəvi müharibə üsullarından əl çəkmir: "İndiyə qədər biz görmüşük ki, Ermənistan müharibəni dinc əhaliyə, uşaqlara, qadınlara, jurnalistlərə qarşı aparıb, bütün fəaliyyətlərini günahsız insanların qətlə yetirilməsinə yönəldib. Müharibə dövründə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə təşkil edilən raket zərbələri də bunu sübut edib".
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

