/ / Tahir Rzayev: Radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir
Tahir Rzayev: Radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir
09.06.2021 [09:25]
“Bu gün Azərbaycan Prezidentinin qətiyyətini, siyasətini, müzəffər Ordumuzun qələbəsini, şücaətini, xalqımızın birliyini təkcə azərbaycanlılar deyil, bütün Türk dünyası alqışlayıb bu uğurlarımıza sevindiyi halda, nədənsə daxildə olan bəzi bədxahlar, xüsusilə radikal müxalifət nailiyyətlərimizi həzm edə bilmir. Onlar bu tarixi qələbəni nəinki təqdir edir, əksinə, onu gözdən salmağa, məğlubiyyət kimi qələmə verməyə çalışırlar”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, radikal müxalifət qələbəmizə deyil, faciələrimizə, ağrılarımıza, itkilərimizə sevinir: “Onlar uğurlarımıza, işğaldan azad edilmiş torpaqlarda görülən bərpa-quruculuq işlərinə kölgə salmaq üçün müxtəlif yollara baş vururlar. Əli Kərimli Şuşanın qoruq şəhəri kimi qorunmasını guya onun iqtidar tərəfindən “zəbt edilməsi”, torpaqların əkilməsini, minadan təmizlənməsini “məmurların bu torpaqlardan bəhrələnməsi” kimi, Arif Hacılı isə iki jurnalistin ölümünü iqtidarın günahı, sakinlərə öz ata - baba torpaqlarına getməyə icazə verilməməsini bir “məğlubiyyət” kimi təqdim edir. Yalnız ağlı başında olmayan insan və düşmən bu qənaətdə ola bilər. Radikal müxalifət nədən ermənilərdən minalanmış sahələrin xəritələrini tələb etmir? Çünki onlar fikirdə, istəkdə ermənilərlə yekdildirlər. Əgər düşmən hərtərəfi minalayıbsa, işğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə oturmaq, dincəlmək üçün bir yer, xəstəxana, ictimai-iaşə obyekti, ev, sığınacaq yoxdursa, əhali o yerlərdə gedib nə etməlidir? İnsanların təhlükəsizliyi, sağlamlığı dövlətimiz üçün çox önəmlidir. Əli Kərimli, Arif Hacılı və başqa radikallar bunu dərk etmirlər. Onlar heç dəyişməyiblər, 1990-cı illərin əvvəllərində, vəzifədə olduqları günlərin ab-havasındadırlar. Radikallar silah üzü görməyən uşaqları küçələrdən maşınlara doldurub cəbhəyə göndərdikləri və ölümlərinə səbəb olduqları, əhalini arxasız qoyduqları, Şuşanı, Kəlbəcəri, Laçını və digər əraziləri satdıqları, çətin gündə qaçıb tayalıqda gizləndikləri günləri, yəqin ki, unutmayıblar. Onu da bilsinlər ki, xalq da o günləri unutmayıb və dövlətimizə düşmən olan müxalifət bizim hər birimizin düşmənidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

