Türkiyənin İranın nüvə proqramı ilə bağlı təşəbbüsləri bölgənin maraqlarına uyğundur
20.05.2010 [10:07]
Artıq bu məsələ dünyada geniş müzakirə mövzusudur. Azərbaycan ekspertləri də Türkiyənin təşəbbüslərinin nəticə verməsini yüksək qiymətləndiriblər. Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyov deyib ki, İranın nüvə məsələsinin danışıqlar yolu ilə həllində Türkiyənin təşəbbüskarlığı və problemin həllində razılığa gəlinməsi bütövlükdə bölgənin maraqlarına uyğundur: “çünki region dövlətləri bu bölgədə gərginliyin artmasında maraqlı deyil. Türkiyənin təşəbbüsünün dəstəklənməsi qardaş ölkənin regionun problemlərinin həllində həm fəallığının, həm də təsir imkanlarının genişlənməsinin təzahürüdür”.
R.Musabəyov bildirib ki, İrana qarşı nəinki hərbi əməliyyatlar, hətta sanksiyaların tətbiq olunması da maraqlarımıza ziddir. çünki bəzi kommunikasiyalar İrandan keçir. Eyni zamanda, ölkəmiz İrana qarşı sanksiyalarda iştirak etməkdə və bu dövlət ilə münasibətlərdə problemlərin yaranmasında tamamilə maraqlı deyil.
“Eyni fikri Türkiyə haqqında da demək mümkündür. Məsələn, hər iki dövlətin qaz sahəsində kifayət qədər perspektivli layihələri var. Ona görə də, Türkiyə sanksiyaların tətbiq olunmasında maraqlı deyil. Nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasına sədrlik Türkiyəyə keçəcək. Hətta bu məsələyə BMT-də baxılması onun sədrliyi dövrünə düşməsə də, digər müsəlman ölkələri Türkiyənin addımlarını izləyir. Türkiyə maraqlıdır ki, problem razılaşma yolu ilə həll olunsun. İndi bu fakt baş verib”, - deyə politoloq vurğulayıb.
R.Musabəyov qeyd edib ki, Türkiyənin bu məsələdə vasitəçi kimi çıxış etməsi problemi tam həll edə bilər. Sadəcə, İran razılaşmadakı imzasına hörmət etməli və məsələnin həllində əlavə gərginliklər yaratmamalıdır. “Rusiya prezidenti Dmitri Medvedev bir müddət öncə bildirmişdi ki, İrana qarşı hərbi variant tətbiq olunsa, burada yaşayan azərbaycanlılar Azərbaycana tərəf keçə və bu da ciddi problemlər yarada bilər. Vəziyyət hələ bu müstəviyə gəlib çatmayıb. Əgər belə olarsa, buna görə, hamının başı ağrıyacaq. Hesab edirəm ki, Türkiyənin təşəbbüsləri bu problemi də istisna edib”, - deyən R.Musabəyov əlavə edib ki, Türkiyənin özünün İrana lazım olan uranı istehsal edəcək texnologiyası yoxdur. Yəni, burada üçüncü tərəf olmalıdır. Sadəcə, Türkiyə burada faktiki olaraq vasitəçi və təminatçı rolunda çıxış edir. Politoloqun fikrincə, Obama administrasiyası məsələnin danışıqlar yolu ilə həllinə maraqlıdır və hərbi müstəviyə keçməsini istəmir: “Amma burada hər şey ABŞ-dan asılı deyil. Vacibdir ki, bu məsələdə İran konstruktivlik nümayiş etdirsin”.
Politoloq Elman Nəsirli isə hesab edir ki, indiyədək İranın nüvə məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında fikir ayrılığı mövcuddur. Bu məsələdə TŞ-nın iki üzvü - Rusiya və çin ənənəvi olaraq İrana qarşı sanksiyaların əleyhinədir. “Lakin indiki məqamda bu sıra bir az da genişlənib. Bilirsiniz ki, Türkiyə və Braziliya da TŞ-nın qeyri-daimi üzvləridir. Hər iki dövlətin İrana diplomatik təsir imkanları tükənməyib. Bu baxımdan, İrana qarşı sanksiyaların tətbiqi şəraitə adekvat deyil. Bu məsələdə bir neçə dəfə belə variant olub. Yəni, Türkiyə artıq bir neçə dəfədir ki, vasitəçiliyini təklif edib. Ankara İranın uranın zənginləşdirilməsi ilə bağlı addımlarının məhz Türkiyədə həyata keçirilməsi ilə bağlı konkret təkliflərlə çıxış edib. Bu məsələ ilə bağlı indiyə kimi konkret nəticə hasil olmamışdı, amma Baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana sonuncu səfəri zamanı razılaşma əldə edilib. Bu razılaşma Türkiyə diplomatiyasının nailiyyəti kimi qiymətləndirilməlidir. çünki Mahmud Əhmədinejat 2005-ci ildə İranda hakimiyyətə gəldikdən sonra nüvə məsələsi dünyanın gündəmindən düşmür, bir çox hallarda, hətta İrana qarşı hərbi əməliyyatların başlayacağı haqqında da KİV-lərdə məlumatlar dərc olunurdu. Belə bir məqamda Türkiyənin addımları, İranın bu dövlətin təkliflərinə razılıq verməsi heç şübhəsiz ki, regionda müharibə təhlükəsinin qarşısını alır və bu, çox ciddi diplomatik gedişdir”, - deyən politoloq əlavə edib ki, Türkiyə öz təşəbbüsləri ilə bölgədə yarana biləcək demoqrafiq vəziyyətin, qaçqın problemlərinin yaranmasının da qarşısını alır. Bununla da, Türkiyə BMT TŞ-nin beş daimi üzv dövlətinin indiyədək əldə edə bilmədiyi bir nəticəyə imza atmış olur.
E.Nəsirlinin fikrincə, istənilən halda, belə bir razılaşma ABŞ-ı da razı salmalıdır. çünki ABŞ-da Barak Obama hakimiyyətə gəldikdən sonra onlar qeyd edirdilər ki, İranla nüvə proqramı ilə bağlı məsələdə dialoqa üstünlük verirlər. Belə olan halda, ABŞ-ın müttəfiqi olan Türkiyənin İranla əlaqədar gərginliyin aradan qaldırılmasına nail olması çox təqdirəlayiq haldır. “Bu məsələdə dəfələrlə razılaşma ilə bağlı çox nikbin proqnozlar verilib. Amma son nəticədə vəziyyət dəyişib. Ona görə də, hər şeyi zaman göstərəcək. İranın nə dərəcədə bu razılaşmaya əməl edəcəyini bir müddət sonra biləcəyik”, - deyə o, qeyd edib.
Amma maraqlıdır ki, Türkiyə və Braziliyanın təşəbbüsləri əsasında əldə olunan razılaşma ABŞ tərəfindən soyuq qarşılanıb. Belə ki, üçtərəfli razılaşmanın imzalanmasından sonra Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İrana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün və Almaniyanın razılığa gəldiyini bəyan edib. Beləliklə də, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Türkiyə, Braziliya və İran arasında imzalanmış sazişə dəstək vermədiyi açıq aydın görünür. Yaranmış vəziyyəti şərh edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, qonşu Türkiyə və dünyada güclü dövlətlərdən biri sayılan Braziliyanın qoşulduğu layihə müəyyən maraq doğurur. Onun sözlərinə görə, bu layihə İranın nüvə proqramına dair alternativ həll yollarından biri sayıla bilər. Ancaq MAQATE-nin layihəyə qoşulmaması, eyni zamanda, İranın nüvə proqramına qarşı çıxan ABŞ və Avropa ölkələrinin bu prosesdə iştirak etməməsi həmin layihəni problemli edir. “Yəni belə hiss edilir ki, razılaşmanın reallaşması heç də dünyanın İranın nüvə proqramı ilə bağlı narahatçılığına son qoymayacaq. Düzdür, Türkiyənin təşəbbüsü gərginliyi müəyyən qədər azaldır, amma buna məsələnin tam həlli demək olmaz. BMT Təhlükəsizlik Şurasının beş üzvünün və Almaniyanın yeni bir qərarla çıxış etməsi isə göstərir ki, ABŞ və Avropa İranın nüvə proqramına dair özlərinin tənqidlərində yenə də israrlıdırlar” - deyə o, vurğulayıb.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, ABŞ superdövlətdir və onun iqtisadiyyatı, siyasəti, hərbi gücü, diplomatiyası dünyanın hər bir yerində gedən proseslərə ciddi təsir edir. Millət vəkilinin fikrincə, ABŞ-ın maraqlarını nəzərə almadan bu gün hansısa regionda böyük layihələr həyata keçirmək mümkün olmur: “Birləşmiş Ştatlar nüvə silahı hazırlamaqla İranın yeni nüvə dövləti olacağını və sonradan nüvə silahına hər bir ölkənin sahib olacağı zamanın gəlib çıxacağından ehtiyatlanır. Bir tərəfdən bu narahatlığa müəyyən əsas var. Yəni, bu gün nüvə proqramları böyük, qüdrətli iqtisadiyyatı olan dövlətlərin deyil, orta səviyyəli ölkələrin malik olacağı bir reallığa çevrilir. Digər tərəfdən, bu, dünyanın siyasi münasibətlərində yeni vəziyyətdir. Görünür, məsələnin ciddi şəkildə müzakirə edilməsinə və ortaya qoyulmasına müəyyən qədər vaxt lazımdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43

