Milli Məclisin sədri Romada İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb
20.05.2021 [09:34]
Mayın 19-da Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində Romada Monteçitorio sarayında İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Roberto Fiko Azərbaycan nümayəndə heyətini salamlayaraq, Milli Məclisin sədri ilə görüşdən məmnun olduğunu bildirib. Ölkələrimizin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirən Roberto Fiko tərəflər arasında müzakirə edilməli mövzuların spektrinin geniş olduğunu deyib. Qarabağ münaqişəsinin başa çatmasından söz açan palata sədri sülhün davamlı olacağına inamını söyləyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Milli Məclisin sədri dost və strateji tərəfdaş olan İtaliya Respublikasına ilk səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, bu səfərin bütün dünyanı bürüyən pandemiya dövründə baş tutması Azərbaycan ilə İtaliya arasındakı münasibətlərin yüksək səviyyədə inkişafından xəbər verir.
Milli Məclisin sədri bildirib ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına yeni təkan verib. Xüsusilə 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan ilə İtaliyanın siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrinin inkişafının möhkəm hüquqi bazasını təşkil edir.
Bildirilib ki, Azərbaycan ilə İtaliya arasında mədəni sahədə münasibətlər də strateji tərəfdaşlıq ruhuna uyğun inkişaf etməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2018-ci ildə İtaliyaya rəsmi səfəri, Fondun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirakı, 2019-cu ildə İtaliyada ikinci Azərbaycan Film Festivalının keçirilməsi, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan edilməsi bu fikri bir daha təsdiqləyir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir il kimi daxil olub. Ölkəmiz öz torpaqlarını Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib. Milli Məclisin sədri Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə edən bütün italiyalı parlamentarilərə dərin təşəkkürünü bildirib.
S.Qafarova xüsusi vurğulayıb ki, artıq Qarabağ münaqişəsi başa çatıb və Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində yeni dövr - bərpa və yenidənqurma dövrü başlayıb. Amma bunun üçün azad edilmiş ərazilər, ilk növbədə, minalardan təmizlənməlidir. Sahibə Qafarova deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan verməkdən imtina edir. Bunun beynəlxalq hüquqa görə müharibə cinayəti olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalmamalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, parlamentlərarası dialoqun bundan sonra da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56

