/ / Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
19.05.2021 [08:40]
Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə əklil və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Belarus hərbi nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətlərimizin başçılarının yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında səmimi və qarşılıqlı inam ənənələrinə söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər uğurla inkişaf edir.
Regiondakı siyasi və təhlükəsizlik məsələlərinə toxunan Azərbaycanın müdafiə naziri müxtəlif beynəlxalq platformalarda ölkələrimizin aktiv fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini və maraqlarını müdafiə etdiyini xatırladıb.
General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Belarusun tutduğu mövqeyə görə də həmkarına minnətdarlığını bildirib.
Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən general-leytenant V.Xrenin ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin daha da genişləndirilməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini xüsusi qeyd edib.
Qonaq bu əməkdaşlığın hər iki ölkənin liderlərinin dostluq əlaqələrinə əsaslandığını vurğulayaraq, Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

