Almanlardan və amerikalılardan sonra növbə ermənilərə çatıb
21.05.2010 [09:48]
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi bu ölkənin tənəzzülünə gətirib çıxarıb. Təsadüfi deyil ki, hazırda Ermənistan iqtisadiyyatı böhran dövrünü yaşayır. Strateji əhəmiyyətli bütün müəssisələr, o cümlədən, iri sənaye müəssisələri özəlləşdirmə adı altında dəyər-dəyməzinə Rusiya şirkətlərinin istifadəsinə təslim edilib. ölkədə yoxsulluq baş alıb gedir, sosial müavinətlərin vaxtında verilməməsi əhalinin güzəranının gündən-günə pisləşməsinə səbəb olub. Hökumət özünün və ailəsinin gələcəyini düşünən ziyalıların ölkədən köçünün qarşısını almağa qadir deyil. ölkədə həqiqi hərbi qulluğa cəlb etməyə gənclər çatışmır. Təhsilin səviyyəsi ən acınacaqlı vəziyyətə düşüb. Yerli informasiya mənbələri cari ildə Ermənistanda təqribən 14 min abituriyentin olacağını bildirir ki, bu da Azərbaycanla müqayisədə 10 dəfə az göstəricidir. Bir sözlə, hadisələrin bu məcrada davam etməsi tezliklə Ermənistan dövlətinin sonuna gətirib çıxaracaq. Bütün bu sadalananların səbəbkarı isə uzun müddətdən bəri Ermənistanda hakimiyyəti ələ keçirmiş səriştəsiz rejim və onun regionda apardığı işğalçılıq siyasətidir. Xarici güclərin himayəsinə arxalanaraq regionun aparıcı dövlətləri olan Türkiyə və Azərbaycana qarşı torpaq iddiası və işğalçılıq siyasəti bu ölkə ilə olan sərhədlərin qapanması ilə nəticələnib. Hazırda xaricdəki erməni təşkilatlarının ianələri hesabına yaşayan Ermənistan həmin humanitar yardımları və digər yükləri yeganə quru yolu olan Gürcüstan vasitəsi ilə qəbul edir. Lakin son iki ildə ermənilərin Gürcüstana qarşı səsləndirməyə başladığı torpaq iddiası-Cavaxetiya məsələsi, Ermənistanın bu şimal qonşusu ilə də dövlət sərhədlərinin nə zamansa bağlanacağını istisna etmir.
Demək qonşuları ilə, ilk növbədə, Azərbaycanla münasibətlərini normallaşdırmaq ermənilərin, bir millət kimi mövcud olmaları üçün, yeganə nicat yoludur. Bunun üçün isə Ermənistan son iki yüz ildə zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinə, soydaşlarımızın zor gücü ilə öz dədə-baba yurdlarından qovulmasına, ən nəhayət, 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyi soyqırımına görə Azərbaycan dövlətindən, eləcə də, xalqımızdan üzr istəməlidir. Eyni zamanda, qardaş Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, 1915-ci ildə Osmanlı imperiyası dövründə baş verməyən, heç bir əsası olmayan, uydurma “erməni soyqırımı” məsələsinə son qoymalıdır. Əks təqdirdə, Ermənistanı yuvarlandığı bu uçurumdan xilas etməyə himayəsinə sığındığı xarici dövlətlərin belə, gücləri yetərli olmayacaq. Ermənistanın işğalçılıq siyasətinə son verməsi, silahlı birləşmələrini işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkməsi, bunun məntiqi davamı kimi xalqımızdan rəsmən üzr istəməsi vəziyyəti öz xeyrinə yüngülləşdirə bilər. Bu, işğalçı dövlətin düşdüyü ağır durumdan çıxmasına imkan yarada bilər.
Digər tərəfdən isə, tarixdə dövlətlərin digər ölkələrdə törətdiyi soyqırımı faktlarına görə həmin ərazidə yaşayan xalqlardan rəsmən üzr istəməsi praktikası mövcuddur. Bunu vaxtilə Almaniya II Dünya müharibəsində yəhudilərə qarşı törətdiyi soyqırımına görə, eləcə də, ABŞ Konqresi qitənin tarixi sakinləri sayılan hindular, bir qədər öncə isə Havay adası sakinlərindən (1893-cü ildə Havay adalarının müstəqilliyini əlindən aldığına görə) və amerikalı yaponlardan (II Dünya müharibəsində onları xüsusi düşərgələrə sürgün etmişdilər) üzr istəmişdi.
İndi növbə Ermənistanındır. Xaricdəki havadarları onu ötən əsrdən bəri azərbaycanlılara qarşı törətdiyi soyqırımlara görə, eləcə də, Xocalıda günahsız insanlara qarşı törədilən soyqırımına görə üzr istəməyə vadar edə biləcəklərmi? Yeri gəlmişkən, qeyd edək ki, Xocalı soyqırımı artıq dünya ölkələrinin parlamentlərində müzakirə obyektinə çevrilməkdədir. Bir qədər əvvəl ABŞ-ın Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyıb və bununla əlaqədar olaraq, qətnamə qəbul edib. Gözlənilir ki, qarşıdakı illərdə digər ölkələrin parlamentləri tərəfindən də ermənilərin xalqımıza qarşı Xocalıda törətdiyi vəhşiliklər soyqırımı faktı kimi öz hüquqi qiymətini alsın. Bütün bunlar isə ermənilərin onilliklər boyu xalqımıza, eləcə də, Osmanlı türklərinə qarşı apardığı yalançı təbliğatın iflasa uğraması ilə nəticələnəcək. O zaman dünya dövlətləri və xalqları ermənilərin əsl üzünü görəcək, onların yalançı təbliğatlarına inandıqlarına görə peşman olacaqlar.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

