Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişafı bölgədəki proseslərə öz təsirini göstərir
14.05.2010 [10:43]
“Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişafı bölgədə proseslərə bu və ya digər formada öz təsirini göstərir”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Rusiyanın dövlət başçısı D.Medvedevin Türkiyəyə səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Qafqaz bölgəsi tarixən Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə həlledici əhəmiyyət kəsb edib. M.Qurbanlı bildirib ki, bu gün Türkiyənin iqtisadi cəhətdən sürətli inkişafı, bu bölgədə nüfuzunun artması Türkiyə ilə münasibətlərdə Rusiyanın yeni bir siyasət ortaya qoyduğunu açıq şəkildə göstərməkdədir. Yəni, sözün əsl mənasında Türkiyə ilə hazırda ən güclü dövlətlər belə hesablaşmaq məcburiyyətindədirlər. Türkiyənin iqtisadi baxımdan Avropanın 6-cı, dünyanın isə 15-ci ölkəsi olduğunu xatırladan YAP İcra katibinin müavini qeyd edib ki, Türkiyənin iqtisadi cəhətdən inkişafı onu beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlər sırasına çıxarıb.
Millət vəkilinin fikrincə, Türkiyənin Qafqaz bölgəsində gedən proseslərə xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə təsir imkanları artıb. Eyni zamanda, bu dövlət Azərbaycanın maraqlarını müdafiə etmək baxımından ciddi və ardıcıl siyasət həyata keçirməkdədir. “Aydındır ki, Türkiyənin artan iqtisadi potensialı Rusiyanın bu dövlətə qarşı münasibətini dəyişib və ölkələr arasında iqtisadi sazişlərin sayının durmadan artmasına gətirib çıxarıb. Rusiya təbii enerji resurslarının ixracı məsələsində Türkiyə ilə əməkdaşlığa maraqlı olmaqla bərabər, bu yöndə layihələri birgə həyata keçirmək niyyətindədir. D.Medvedevin Türkiyə səfərində prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlərin, imzaladığı sənədlərin xarakteri onu göstərir ki, Türkiyə-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyub. Viza rejiminin ləğv olunması, iqtisadi layihələrlə əlaqədar imzalanmış sazişlər ticari əlaqələrin dövriyyəsini daha da artıracaq. Eyni zamanda, münasibətlərə müsbət təsir göstərəcək” - deyə, o, vurğulayıb. M.Qurbanlının fikrincə, bu yaxınlaşmanın Qafqaz bölgəsi üçün böyük əhəmiyyəti var. Xüsusilə, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ probleminin həlli məsələsi ilə bağlı da bu münasibətlər öz təsirini göstərir. O, xatırladıb ki, aparılan danışıqlarda müzakirə mövzularından biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub: “D.Medvedev açıqlamasında münaqişənin həlli ilə bağlı müsbət irəliləyişin olduğunu xüsusi qeyd edib. Və hiss olunur ki, Türkiyə Rusiya ilə münasibətlərin bundan sonrakı inkişafında Dağlıq Qarabağ münaqişəsinin həllini də əsas məsələlərdən biri kimi ortaya qoyur. Hesab edirəm ki, Rusiya-Türkiyə yaxınlaşması nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə kömək göstərəcək”.
YAP İcra katibinin müavini bildirib ki, həmsədr ölkələr münaqişənin həllində Ermənistana lazımi səviyyədə təsir göstərmir. Bunun da müxtəlif səbəbləri var. Burada xristian həmrəyliyi, erməni lobbisinin oynadığı rol özünü göstərir. “Eyni zamanda, geopolitik baxımdan həmsədr dövlətlər öz maraqları üçün Ermənistandan bir alət kimi istifadə etmək istəyir. Ermənistan, əslində, Qafqazda böyük dövlətlərin aləti rolunu oynamaqdadır, onların vassalıdır, forpostudur. Bu ölkələr Ermənistandan istifadə edərək öz geopolitik maraqlarını həyata keçirmək istəyirlər. Bu gün Qərb dövlətlərinin qondarma “erməni soyqırımı” iddiasından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi göz önündədir. Qarabağ məsələsində geopolitik maraqlarını həyata keçirmək istəyən ölkələr var. Amma Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə bu prosesin irəli getməsi üçün hüquqi və siyasi təşəbbüslər edə bilər və etməkdədir. Türkiyə Qafqazda sülh və təhlükəsizlik naminə xeyli sayda təşəbbüslərlə çıxış edib və praktiki olaraq bunu nümayiş etdirib. Rusiya ilə Türkiyə arasında yaxınlaşma Qafqazda olan qarşıdurmanın aradan qaldırılmasına təsir göstərməkdədir. Onların hər ikisi də Qafqaza bağlı ölkələrdir. Amma Qafqaza bağlı olmayan ölkələr də bu bölgədə öz maraqlarını qorumağa cəhd edirlər. Türkiyə və Rusiyanın isə burada müəyyən mənada bu proseslə bağlı böyük danışıqlar aparmaq üçün siyasi imkanları var” deyən M.Qurbanlı əlavə edib ki, indiki şəraitdə Azərbaycan həmsədrlərin fəaliyyətindən razı deyil və Prezident İlham Əliyev öz iradlarını həmsədrlərə qəti şəkildə bildirib.
“Biz həmsədrlərdən lazımi səviyyədə fəallıq göstərilməsini gözləyirik. Həmsədrlərin vəzifəsi yalnız bundan ibarət deyil ki, onlar tərəflərin birinin sözünü digərinə çatdırsın. Onsuz da tərəflər birbaşa da danışıqlar apara bilirlər. Həmsədrlər, sadəcə, məktub daşıyan poçt işçisi funksiyasını yerinə yetirməməlidir. Onlar təcavüzkara təzyiq göstərməlidir və həmsədr ölkələr ATƏT-in mandatına uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli üçün səylər göstərməlidirlər. Müəyyən cəhdlər olsa da, bütövlükdə Azərbaycan həmsədrlərin fəaliyyətindən narazıdır və öz iradlarını bildirməkdədir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

