"Bəzi təşkilatlar yardım kampaniyası aparır, buna heç bir ehtiyac yoxdur"
13.05.2010 [10:45]
Nazir deyib ki, Mürsəlli kəndi istiqamətində bir neçə gün ardıcıl iş aparılıb: “Polisin və FHN-in şəxsi heyəti, texnikanın gücü ilə orada bərkitmə işləri aparılır. Təəssüf ki, həm Kürün üstündə olan bəndin, həm də digər bəndlərin torpağı çox yumşalmışdı. Bunun nəticəsində də orda bir neçə yerdən torpaq boşaldı, su basma oldu, 9 kəndi köçürməli olduq. İndi orda da bərpa işləri başlanıb. Texnikalar da ora göndərilib. Hesab edirik ki, iki gün ərzində oranı da tam bərpa edəcəyik”.
K.Heydərov ətraf rayonlar üçün elə bir təhlükə olmadığını deyib: “Yenə də deltadan başlayaraq, Kür boyunca vəziyyəti təhlil edirik. Rayon icra hakimiyyətlərinin başçıları, FHN ekspertləri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mütəxəssisləri ilə əraziyə baxmışıq. Ətraf rayonlara elə bir ciddi təhlükə yoxdur”.
Nazir deyib ki, hazırda Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisi Kürün deltasında işləyir: “İlkin müşahidələr göstərir ki, lilin dibdən qaldırılıb suya buraxılması nəticəsində çayın dənizə tökülmə sürəti bir az artıb. Qabaqlayıcı tədbirlər görülür. Amma bütünlükdə böyük təhlükə gözləmirik”.
K.Heydərov bildirib ki, yaxın günlərdə köçürülən 9 kəndin 5-nin sakinləri geri qayıdacaqlar: “Bu kəndlərdə subasma olmayıb. Sadəcə, biz təhlükənin ola biləcəyini nəzərə alıb onları köçürmüşük. Mürsəlli kəndi ətrafındakı bəndin bərkidilməsindən sonra da 60 güclü nasosla suyun çəkilməsinə başlanılacaq. Əgər güclü yağıntılar olmasa, qısa müddətdə bu insanlar öz kəndlərinə qayıda biləcəklər”.
Nazir bəzi təşkilatların və fərdlərin təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına başlamalarına da münasibət bildirib: “Azərbaycan Prezidenti özü bölgədə oldu, bura köçürülmüş adamlarla görüşdü, bizə tapşırıqlar verdi. Prezident bəyan etdi ki, hər bir vətəndaşına dəyən ziyan dövlət tərəfindən ödəniləcək. İndi mətbuatda baxırıq ki, bəzi təşkilatlar yardım kampaniyaları aparırlar, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Prezidentinin tapşırığı ilə artıq FHN-ə vəsait ayrılıb. Mal, material, ərzaq, yataq dəstləri, əhalini yeməklə təmin etmək, tibbi xidmət, iaşə xidmətləri göstərilir. Biz həmin təşkilatlara da, vətəndaşlara da təşəkkür edirik. Amma yardıma ehtiyac yoxdur. Bu missiyanı dövlət özü yerinə yetirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

