Hikmət Hacıyev: İsrail-Azərbaycan münasibətləri xalqlarımızın dostluğuna əsaslanır
27.04.2021 [08:51]
Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu fikirləri Şmuel din Elmasın İsraildə çıxan nüfuzlu “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, son bir ildə İsrail ilə Azərbaycan arasında əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Məqalədə deyilir: “1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdiyi vaxtdan ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat və humanitar sahədə əməkdaşlıq daim yaxşılaşıb. 2020-ci ildə Dağlıq Qarabağda müharibə dövründə bu əməkdaşlıq apogeyə çatıb. Azərbaycan həmin müharibədə inandırıcı və parlaq Qələbə qazanıb”.
Müəllif yazır: “Hikmət Hacıyev Azərbaycanın ikinci böyük şəhəri olan, müharibə dövründə düşmən tərəfindən atəşə tutulmuş Gəncədə doğulub. Müharibə başlananda Hikmət Hacıyev Gəncənin ermənilər tərəfindən bombalanmasından zərər çəkmiş dinc sakinlərə baş çəkmək, onların döyüş ruhunu yüksəltmək üçün oraya gedib”.
Hikmət Hacıyev “Israel HaYom” qəzetinin müxbiri ilə söhbətində İsrailə və bu ölkənin vətəndaşlarına hədsiz hörmət bəslədiyini, rəsmi Bakının İsrail-Türkiyə yaxınlaşmasını çox mühüm fakt hesab etdiyini bildirərək deyib: “Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər. Əgər tərəflər bu təşəbbüsü qəbul etsələr, Azərbaycan onları həmişə alqışlayacaq”.
Azərbaycan Prezidentinin köməkçisi qəzetə eksklüziv müsahibəsində aşağıdakı bir neçə sualı da cavablandırıb.
- İsrail ilə Azərbaycan arasında münasibətlərin unikallığı nədən ibarətdir?
- Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir. İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır. Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığmıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır.
Bayden administrasiyasının qondarma erməni soyqırımını tanımaq barədə qərarı hazırda azərbaycanlılar üçün çox aktual məsələdir. Bu barədə Hikmət Hacıyevin mövqeyi birmənalıdır. O deyir: “Bu, tarixi səhvdir, heç nəyi Holokosta bərabər tutmaq olmaz”.
- Siz Vaşinqtondakı yəhudi lobbisi ilə əlaqə saxlayırsınızmı?
- İsrail ilə bütün sahələrdə çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər yəhudi və Azərbaycan xalqları arasında dostluğa və harmoniyaya əsaslanır. Bizim üçün lobbi termini yoxdur; dünyanın bütün başqa yerlərində olan yəhudilər kimi, ABŞ-da yaşayan yəhudilər də Azərbaycanın dostlarıdır.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizə çox kömək edirlər. Bu həqiqət ondan ibarətdir ki, biz regionda əməkdaşlığın, Cənubi Qafqazda sülhün və sabitliyin yeni parametrlərini qurmağa çalışırıq.
Azərbaycanda müxtəlif mədəniyyətlərin və müxtəlif dinlərin nümayəndələri əsrlərboyu dinc yanaşı yaşayıblar. Biz fəxr edirik ki, bütün dünyadakı yəhudilər kimi Azərbaycanda yaşayan yəhudilər də bizə real kömək edirlər.
İsraillilər Azərbaycana gələndə onlar bizim İsrailə münasibətimizi görürlər və siz özünüz də görə bilərsiniz ki, Azərbaycanın hər yerində İsrail bayraqları asılıb. Bu, Azərbaycan xalqının səmimi arzusundan irəli gəlir və ölkələrimiz, xalqlarımız arasında münasibətlərə görə minnətdarlıq ifadəsidir. Bizim qarşılıqlı anlaşmamız, dövlətlərarası diplomatik münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini elan edəndə İsrail onu müstəqil dövlət kimi tanımış ilk ölkələrindən biri oldu.
Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı əsgər və zabitlərin müalicəsi üçün israilli oftalmoloqlardan ibarət nümayəndə heyətinin ölkəmizə gəlməsi Azərbaycan xalqını çox mütəəssir etdi. Onlar Azərbaycana gəldilər və gündə 10-15 əməliyyat apardılar. Bu, yəhudi xalqına hörmət və ehtiramın əbədi əlaməti kimi qalacaq, başqa insanın həyatına görə bu narahatlıq hissi yəhudilərin DNT-sindən irəli gəlir. Bu, İsrailin bizə kömək etmək arzusu ilə bağlıdır. Biz yaralı döyüşçülərimizə kömək məqsədilə İsrailin təcrübəsindən istifadə etməklə başqa oxşar təşəbbüsləri də reallaşdırmaq niyyətindəyik.
- Siz İsrail şirkətlərini Qarabağın bərpası prosesinə cəlb etməyə hazırlaşırsınızmı?
- Biz İsrail şirkətləri ilə də əlaqə saxlayırıq və hökumətlərarası əlaqələrdən istifadə edirik. İsrail şirkətlərinin bizə kömək etmək üçün sanballı texnoloji potensialı var. Biz “ağıllı şəhərlər” salınmasında və su ehtiyatlarının idarə edilməsi sektorunda İsrail şirkətlərinin köməyinə maraq göstəririk.
- Son olaraq İsrailə nə ismarıcınız var?
- Mən İsrailə sülh arzulamaq və belə bir inamımı bildirmək istəyirəm ki, Azərbaycan və İsrail xalqları tarixən real dostlardır. İsrail xalqı sülhün olmamasına görə həmişə əziyyət çəkib. Biz İsrail xalqına sülh, İsrail dövlətinə həmişə uğur diləyirik.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

