/ / Abutalıb Səmədov: ABŞ Prezidenti tərəfindən tarixin təhrif olunması yönündə atılan addımı qətiyyətlə pisləyirik
Abutalıb Səmədov: ABŞ Prezidenti tərəfindən tarixin təhrif olunması yönündə atılan addımı qətiyyətlə pisləyirik
27.04.2021 [08:29]
“ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı bəyanatı təəssüf doğurur. Belə ki, ABŞ-ın dövlət başçılarının indiyə qədər “genosid” ifadəsini işlətmədiyi halda, Co Baydenin sələflərindən fərqli addım atması onun bu istiqamətdə yürütdüyü siyasətin səhv olduğunu ortaya qoyur”. Bu fikirləri Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Partiya sədrinin sözlərinə görə, ABŞ kimi dünyanın aparıcı dövlətinin başçısının tarixi həqiqətləri və hüququ tapdalayaraq belə bir bəyanatla çıxış etməsi təbii olaraq ölkəmizdə də mənfi qarşılanıb: “Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışaraq bu addımı tarixi səhv adlandırıb, məsələ ilə bağlı qardaş Türkiyə ilə bir yerdə olduğumuzu dilə gətirib. Ölkədə fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat qəbul edərək Türkiyənin yanında olduqlarını nümayiş etdirib və ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyib. Fikrimcə, qondarma “soyqırımı” iddiaları ilə çıxış edən erməni lobbisinə dəstək verən C.Baydenin və digər ermənipərəstlərin təkcə 1918-ci ilin mart soyqırımı zamanı minlərlə soydaşımızın öldürülməsinə, 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımına qarşı biganə qalması başadüşülən deyil”.
A.Səmədov deyib ki, uzun illərdir, Ermənistan, erməni diasporu və lobbisi tərəfindən yalnız Türkiyəyə deyil, Azərbaycana qarşı da tarixi faktların saxtalaşdırılması siyasəti həyata keçirilir: “Ona görə biz də ABŞ dövlət başçısı tərəfindən tarixin təhrif olunması yönündə atılan addımı qətiyyətlə pisləyirik. Hesab edirik ki, Co Baydenin bu bəyanatında əks olunan fikirlərin heç bir hüquqi əsası yoxdur”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

