Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
22.04.2021 [08:39]
Aprelin 21-də Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidlə görüşüb. Qonağı salamlayan Sahibə Qafarova ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri ölkələrimiz arasında dostluq münasibətlərini qeyd edərək, xüsusilə siyasi sahədə möhkəm əlaqələrin olduğunu, Azərbaycan və İndoneziyanın Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirib. Həmçinin humanitar sahədə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanıb.
İkitərəfli əlaqələrin inkişafında parlamentlərin müsbət rol oynadığını diqqətə çatdıran Sahibə Qafarova deyib ki, iki ölkənin ali qanunverici orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirilir. Bunun göstəricisi olaraq, hər iki ölkənin qanunverici orqanlarında işçi qrupları fəaliyyət göstərir. O, pandemiya başa çatandan sonra tərəflər arasında təmasların artacağına inamını ifadə edib.
Ölkəmizin ötən il 44 günlük Vətən müharibəsində qazandığı Qələbə haqqında qonağa məlumat verən sədr Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad edərək BMT-nin qətnamələrini özü yerinə yetirib. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, o cümlədən məscidləri tamamilə dağıdıb. Milli Məclisin sədri Ermənistanın bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törətdiyini, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etdiyini də diqqətə çatdırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişafı istiqamətində çalışacağını bildirib. O, Azərbaycanın zəngin təbii sərvətlərə malik, böyük mədəni zənginliyə malik gözəl ölkə olduğunu qeyd edib. Hazırda ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirən diplomat vurğulayıb ki, təhsil, ticarət, enerji, turizm və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər etdiyini söyləyən diplomat orada şahidi olduqları dəhşətləri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və yenidən qurulması, bölgədə davamlı sülhün təmin olunması istiqamətində böyük işlər görür. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hər zaman böyük hörmətlə yanaşdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52

