Rufiz Qonaqov: Bu, Ermənistanın növbəti müharibə cinayətidir
13.04.2021 [09:03]
“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalama həyata keçirməsi hərbi cinayətdir. Ermənilərin hətta qeyri-hərbi təyinatlı əraziləri belə minalaması beynəlxalq qanunlara ziddir. 1999-cu ildə qəbul olunmuş beynəlxalq Konvensiyaya görə, piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsi qadağan edilib. 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatı imzalayan, Azərbaycanın işğal altındakı 3 rayonunu da döyüşsüz təslim edən Ermənistan əldə olunmuş razılığı pozur. Bu, Ermənistanın növbəti müharibə cinayətidir”. Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, bu fakt Ermənistanın faşist ideologiyasına xidmət etdiyini bir daha təsdiqləyir. R.Qonaqov bildirib ki, dünya birliyi minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməməsinə qarşı etirazını bildirməlidir: “2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanıb. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatları dayandırıb, növbəti mərhələlərin dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə öz cinayətkar əməllərindən əl çəkmək istəmir. Ermənistanın Azərbaycana işğaldan azad olunmuş minalanmış ərazilərin xəritələrini təqdim etməməsi beynəlxalq hüquq normalarının pozulmasıdır. Vurğulayım ki, həmin regionda minalanmış ərazilərin əhatə dairəsi çox genişdir. Məhz minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi işğaldan azad olunmuş ərazilərimizdə hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarını itirmələrinə səbəb olur. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcəklər. İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçirlər. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı terrordur”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

