Azərbaycanın istehsal etdiyi hərbi sənaye məhsullarına tələb artır
07.05.2010 [10:20]
Azərbaycanın müdafiə sənayesi sektorunun yüksək inkişafı və ölkəmizə məxsus hərbi təyinatlı məhsulların istehsalının çeşidinin artması xarici dövlətlərin bu sahəyə olan marağının daha da yüksəlməsinə səbəb olmaqdadır. Yaranmasından qısa bir müddət ötməsinə baxmayaraq, davamlı islahatların həyata keçirilməsi nəticəsində ən modern hərbi məhsullar istehsalı ilə diqqəti cəlb edən Azərbaycanın bu sahədə xarici tərəfdaşları ilə əlaqələri də dərinləşməkdədir. ölkəmizə məxsus müdafiə sənayesinin istehsal məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsi də intensiv xarakter almaqdadır.
ötən il İDEF-2009 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi təyinatlı məhsulları ilə bir çox dövlətlərin dərin marağına səbəb olan Azərbaycana xarici dövlətlərdən gələn təkliflərin sayı durmadan artır. Qeyd edək ki, həmin tədbirdə respublikamızın 27 adda müdafiə təyinatlı məmulatları nümayiş etdirilib. Beynəlxalq təşkilatlar ölkəmizin hərbi təyinatlı məhsullarının sərgi və digər tədbirlərdə nümayiş etdirilməsi üçün təkliflərlə çıxış edirlər. Artıq Yaxın Şərqin ən böyük hərbi sərgilərindən olan və Əmmanda səkkizinci dəfədir ki, təşkil olunan SOFEX beynəlxalq sərgisində iştirak etmək üçün Azərbaycana müraciət olunub. İordaniya hökumətinin təşəbbüsü ilə keçirilən bu tədbirdə respublikamızın yüksək səviyyədə təmsil olunması üçün hər cür şəraitin yaradılacağı əmin olunur. SOFEX-2010 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində dünyanın 34 ölkəsindən 319 şirkətin iştirakı nəzərdə tutulub. Xatırladaq ki, tədbirin rəsmi tərəfdaşları kimi dünyanın müdafiə sektorunun nəhənglərindən hesab olunan “Orange”, “NP Aerospace”, “CNS Primus”, “FLİR”, “Northrop Grumman”, “General Dynamics” və “Raytheon” kimi şirkətləri çıxış edir. Sərgidə ABŞ, İordaniya, Türkiyə, Böyük Britaniya, Fransa, çexiya və Rusiyanın nüfuzlu şirkətlərinin də təmsil olunacağı müəyyənləşib. Azərbaycan SOFEX-2010 sərgisində ən son nəsil texnologiyalarla hazırlanmış hərbi məhsullardan “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfənglərini, müxtəlif təyinatlı tapançaları, iriçaplı güllələri, minaatanları, qumbaraatanları, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsulları, “Paramount Group” şirkəti ilə birgə istehsal edilən zirehli texnikaları, radioelektron məmulatları, elektron çap lövhələrini və digər texnikaları nümayiş etdirəcək. Bundan başqa, respublikamız indiyədək dünya ölkələrinə təqdim olunmayan “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrində hazırlanmış ən modern və analoqu olmayan hərbi təyinatlı məhsullarını sərgiyə çıxaracaq.
Qeyd edək ki, Azərbaycanın istehsal etdiyi bir sıra hərbi məhsullar bütün texniki parametrlərinə görə, dünya dövlətlərinin analoji texnikalarından üstünlüyü ilə fərqlənir. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsulların da dünyada analoqu yoxdur. Həmin texnikalar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, “İnam”, “Qürur” tapançaları və “İstiqlal” snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə böyük üstünlüyə malikdir. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi dövlətlərin anoloji silahını geridə qoyur. 20 kq çəkisi olan “İstiqlal” snayperi, hətta -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir və yağmur, palçıq, qar, toz təsirinə qarşı davamlılığı ilə fərqlənir. ölkəmizə məxsus motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Azərbaycanın beynəlxalq müdafiə sənayesi sərgilərində iştirakının intensivləşməsi respublikamızın hərbi sənaye sahəsində ən inkişaf etmiş dövlətlərlə sıx əməkdaşlığının artmasına səbəb olacaq. Bu isə Azərbaycanın regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına imkan verəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

