Qoşulmama Hərəkatı Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi
06.04.2021 [08:57]
Qurumun 3-6 aprel 2018-ci il tarixində Bakıda keçirilən konfransında dövlət başçımızın Ermənistan-Azərbaycan münaqişəsinə dair verdiyi mesajların icrası artıq yüksək səviyyədə təmin olunub
Son illərdə ayrı-ayrı beynəlxalq qurumların özlərinin yüksəksəviyyəli tədbirlərə ev sahibliyi hüququnu Azərbaycana həvalə etmələri bir növ ənənə halını alıb ki, bu da respublikamızın müsbət reallıqlarının, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artması ilə bilavasitə bağlıdır. Xatırladaq ki, üç il bundan əvvəl - 2018-ci il 3-6 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. Konfransın Bakı Konqres Mərkəzində baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyərək o dövrdə ölkəmizin ən ağrılı problemi - üç onillik ərzində davam edən və ötən il Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı.
Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu
Bakının 3-6 aprel 2018-ci il tarixində ev sahibliyi etdiyi konfrans öz miqyasına görə kifayət qədər geniş bir tədbir idi və dünya dövlətləri, beynəlxalq təşkilatlar bu tədbirə böyük maraq göstərirdilər. Belə bir geniş və mötəbər auditoriya qarşısında əhatəli nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin daxili və xarici siyasətinin əsas məqamlarını, respublikamızın müsbət reallıqlarını Özünəməxsus yüksək diplomatik məharətlə konfrans iştirakçılarının diqqətinə çatdırmışdı. Prezident İlham Əliyev BMT TŞ-nin özündə Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxardılmasını ehtiva edən 4 qətnaməsinin yerinə yetirilmədiyini təəssüf hissi ilə vurğulamışdı. Dövlət başçımız qətiyyətlə bildirmişdi ki, Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar ola bilər.
Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransında Ermənistan-Azərbaycan münaqişəsinə dair verdiyi mesajların icrası artıq yüksək səviyyədə təmin olunub. Ölkəmiz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində işğalçı Ermənistanı bütünlüklə kapitulyasiyaya məruz qoydu və təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Düşmən tərəf noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytardı. Beləliklə, Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub.
Ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyətində yaxından iştirak edir
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Öz növbəsində, Qoşulmama Hərəkatı müxtəlif məsələlərdə daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib. Prezident İlham Əliyev bəhs olunan nitqində Qoşulmama Hərəkatının 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı ölkəmizə qətiyyətli dəstək verdiyini minnətdarlıq hissi ilə xatırladıb. Bu, çox çətin bir proses idi. Çünki, Azərbaycanın güclü rəqibləri var idi. Bununla belə, respublikamız 155 dövlətin dəstəyi ilə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməyə nail oldu. Dövlət başçımızın da vurğuladığı kimi, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı.
Azərbaycan dost dövlətlərin dəstəyini, həmçinin 44 günlük Vətən müharibəsində də aldı. Bu sırada Qoşulmama Hərəkatının sərgilədiyi mövqe də diqqətəlayiqdir. Qurum öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02

