/ / Londonun metro və qatar stansiyalarında Novruz bayramı və Qarabağla bağlı lövhələr yerləşdirilib
Londonun metro və qatar stansiyalarında Novruz bayramı və Qarabağla bağlı lövhələr yerləşdirilib
17.03.2021 [09:32]
Londonda fəaliyyət göstərən “Natavan Group UK” adlı diaspor təşkilatının təşəbbüsü ilə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar şəhərin qədim tarixə malik 50-yə yaxın metro və qatar stansiyasında üzərində “Azerbaijan-Happy Novruz”, “Azerbaijan-Land of Fire”, “I.Aliyev: Shusha, Karabakh - Cultural capital of Azerbaijan”, “Azerbaijan - Centre of Multiculturalism” yazılarının və müvafiq şəkillərin əks olunduğu lövhələrin yerləşdirilməsinə başlanılıb. Təşəbbüs Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kampaniyası üzrə gördüyü işlər çərçivəsində maddi-texniki dəstəyi ilə həyata keçirilib.
Təşəbbüsün müəllifi və icraçısı olan “Natavan Group UK” diaspor təşkilatının həmtəsisçisi, Londonda yaşayan həmyerlimiz, peşəkar skripkaçı Səbinə Rakçeyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, Vətən müharibəsindən bir qədər öncə fəaliyyətə başlayan təşkilat hərbi əməliyyatlar davam etdiyi dövrdə və son aylar ərzində Britaniyada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bir sıra işlər görüb. Təşkilata üzv olan azərbaycanlıların ölkəmizin haqq səsinin çatdırılması naminə Londonda keçirilən müxtəlif aksiyalarda iştirak etdiyini, fərqli layihələr həyata keçirdiyini qeyd edən S.Rakçeyeva son olaraq Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün onlayn ingilis dili kursları təşkil etdiklərini nəzərə çatdırıb.
Hazırkı təşəbbüsün ərsəyə gəlməsi ilə bağlı danışarkən “Natavan Group UK” diaspor təşkilatının digər həmtəsisçisi, Britaniyada yaşayan digər həmyerlimiz Səbinə Quliyeva isə qeyd edib ki, bilbordların Londonda insanların ən çox istifadə etdiyi metro və qatar stansiyalarında yerləşdirilməsi heç də asan prosedur deyil və bu, azərbaycanlıların göstərdiyi birlik və səfirliyin dəstəyi hesabına mümkün olub. O əlavə edib ki, bilbordlar Londonun metro və qatar stansiyalarında iki həftə müddətində qalacaq.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bu barədə AZƏRTAC-a müsahibəsində bildirib: Biz bütün imkanlarımızla bu təşəbbüsü dəstəkləyir və alqışlayırıq. Bu cür təşəbbüslər dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Müzəffər Ali Baş Komandan və qalib Azərbaycan Ordusu ətrafında birləşdiyinin daha bir bariz nümunəsidir.
Qeyd edilən bilbordların ötən il 44 gün ərzində davam edən və Azərbaycanın şanlı Qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə balanslı dəstək ifadə etmiş Birləşmiş Krallığın paytaxtı London şəhərindəki qədim və sıx istifadə olunan metro stansiyalarında qurulması xüsusən qürurvericidir. Belə ki, bu təşəbbüs gündəlik həyatlarında metrodan istifadə edən orta statistik londonluların Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması, Azərbaycanın multikultural dəyərlərə bağlılığı kimi həqiqətləri, eləcə də xalqımızın qədim adət-ənənələrini az da olsa öyrənmələrinə imkan verəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

